Müştəri Xidməti Departamentinin VİP müştərilər ilə iş şöbəsinin mütəxəssisi

İşin təsviri

Təsvir:

  • Bankın VİP müştərilərinə (fiziki şəxslər) pərakəndə məhsul və xidmətlər haqqında dolğun, dəqiq məlumatlar ötürmək, tövsiyyələr vermək və xidmət göstərmək;
  • Müştərilərə cari və əmanət hesabları açmaq, hesab üzrə əməliyyatlar aparmaq və bağlamaq;
  • Bank kartları, Təcili Pul köçürmələri və Bank Seyfi üzrə əməliyyatlar aparmaq;
  • Pərakəndə bank məhsullarının çarpaz satışını həyata keçirmək;
  • Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
  • Bankın sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək;
  • Yeni müştərilərin cəlb olunması istiqamətində mütəmadi qaydada işin təşkili.

Tələblər:

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İş təcrübəsi: aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi arzuolunandır;
  • Dil bilikləri: Azərbaycan və Rus dili mükəmməl, İngilis dili biliyi arzuolunandır;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;

İşəgötürənin reytinqi