Bank Respublika ASC


Bank Respublika 22 may 1992-ci il tarixdə Azərbaycan Respublikası Milli Bankının lisenziyası əsasında fəaliyyətə başlamışdır və bu illər ərzində Azərbaycanın aparıcı banklarından birinə çevrilmişdir.

Bankın səhmdarları sırasında Almaniyanın 2 nəhəng maliyyə təşkilatı təmsil olunur – KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və Sparkassen-Finanzgruppe maliyyə qrupunun üzvü Sparkassen International Development Trust. Bu 2 maliyyə təşkilatı 28 aprel 2005-ci il tarixdən etibarən Bankın səhmdar kapitalının “25% + 1 səhm” paketinə sahibdirlər. (AZ100200288P Nominal dəyəri: 2.45 AZN yerləşdirilmiş səhmlərin sayı: 15,290,198)


Almaniyanın nəhəng maliyyə təşkilatlarının Bank Respublika-nın səhmdarları sırasına daxil olması bir tərəfdən beynəlxalq səviyyədə Banka olan etibarı göstərmiş, digər tərəfdən isə Bankın inkişafı üçün yeni imkanlar yaratmışdır.

Hazırda Bank Respublika müştərilərə müxtəlif növ bank xidmətləri göstərir – hesablaşma-kassa xidmətləri, müxtəlif istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, əmanətlər, plastik kartlar, pul köçürmələri, bank seyflərinin icarəsi, İnternet texnologiyaları əsasında distant (uzaqdan göstərilən) bank xidmətləri və sair.

Bank Respublika müştərilərlə əlaqələrini onlara maksimal dərəcədə faydalı olmaq prinsipi əsasında qurur. Bu həm Bankın sloqanında – “Sizə faydalı”, həm də fəaliyyətində və konkret xidmətlərində öz əksini tapır. Bankın mühüm məqsədlərindən biri müştəri xidməti keyfiyyətinin daimi olaraq artırmaq, göstərilən xidmətləri genişləndirmək və şərtlərini yaxşılaşdırmaqdır.

Bankın müştəriləri sırasında sənaye, telekommunikasiya, nəqliyyat, tikinti, kənd təsərrüfatı, ticarət və xidmət sahəsində fəaliyyət göstərən çoxlu şirkətlər və təşkilatlar mövcuddur. Bankın xidmətlərindən eləcə də on minlərlə fərdi müştərilər istifadə edir.
Bank Respublika müxtəlif beynəlxalq və xarici maliyyə təşkilatları ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın əsas istiqamətlərindən biri də sahibkarlığın kreditləşdirilməsi və ticarətin maliyyələşdirilməsi üzrə müxtəlif proqramların həyata keçirilməsidir. Ümumilikdə bu proqramlar üzrə Bank Respublika üçün 200 mln. ABŞ dollarından çox məbləğdə kredit xətləri ayrılmışdır və bu daha sərfəli şərtlərlə uzunmüddətli biznes kreditləri vermək və ticarətin maliyyələşdirilməsi üzrə xidmətləri göstərmək üçün Bankın imkanlarını genişləndirmişdir.

Bu maliyyə təşkilatlarından aşağıdakıları qeyd etmək olar: Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) – 52 mln. USD, Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) – 25 mln. USD, Standard Bank Plc. (London) - 25 mln. USD, DEG Almaniya İnvestisiya Şirkəti – 20,5 mln. USD, Asiya İnkişaf Bankı – 18 mln. USD,  Beynəlxalq Maliyyə Korporasiyası (IFC) – 10 mln. USD, Commerzbank AG – 10 mln. EUR, Alman-Azərbaycan Fondu – 2 mln. EUR, LBBW - 1 mln. EUR və sair.

Bank Respublika sahibkarlığın kreditləşdirilməsi və ipoteka kreditlərinin verilməsi üzrə dövlət proqramlarında da aktiv iştirak edir və bu istiqamətdə Sahibkarlığa Yardım Milli Fondu və Azərbaycan İpoteka Fondu ilə əməkdaşlıq edir. Bank Respublika “Əmanətlərin sığortalanması haqqında” dövlət qanununa əsasən yaradılmış Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və Bankda yerləşdirilmiş əhalinin əmanətləri Fondun şərtlərinə əsasən sığortalanır.

Bankın fəaliyyətinin mühüm hissəsini müxtəlif assosiasiyalarda aktiv iştirakı təşkil edir. Bank Respublika Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin, Azərbaycan Sahibkarlar Milli Konfederasiyasının, Amerika Ticarət Palatasının (AmCham), Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) üzvüdür.

Bank Respublika Ofis24 layihəsi çərçivəsində Azərbaycanda fiziki şəxslərə həftənin bütün günləri 24 saat fasiləsiz bank xidməti göstərən ilk bankdır və bu müştərilərə olan xüsusi diqqət və qayğının göstəricisidir.

Beləliklə, Bank Respublika Azərbaycanda aparıcı banklardan biri olmaqla bank sektorunda öz mövqelərini daha da möhkəmləndirir.
 

İşəgötürənin reytinqi