Korporativ satış üzrə assistent

İşin təsviri

Namizədə olan tələblər: 

  • Ali təhsil;
  • Korporativ satış sahəsi üzrə 1 ilə qədər iş təcrübəsi;
  • Azərbaycan dili səlis, rus dili biliyi arzuolunandır;
  • 1C proqramında təcrübə üstünlükdür;
  • Sürücülük vəsiqəsinin olması üstünlükdür;
  • Ofis proqramlarını (MS Word, MS Excel, MS Outlook, PowerPoint) bilməli.

Vəzifə öhdəlikləri:

  • Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılmasında iştirak etmək;
  • Potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsinə dəstək göstərmək;
  • Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
  • Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
  • Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsinə dəstək göstərmək;
  • Razılaşdırılmış satış şərtləri üzrə müqavilələrin bağlanması;
  • Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması;
  • Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi;
  • Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
  • Məhsulun daşınması və çatdırılmasına nəzarət olunması.

İş şərtlərimiz:

  • Əmək haqqı: 637-700 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Binəqədi rayonu, Mədən küçəsi 4, “Neptun” marketlə üzbəüz (Baş Dövlət Yol Polisi İdarəsinin yaxınlığı);
  • Servis xidməti.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ satış üzrə assistent” yazaraq e-mail ünvanına göndərmələri xahiş olunur.