Kənd təsəffüratı üzrə təlimçi (Şəki)

İşin təsviri

WORLD VISION AZƏRBAYCAN

Vəfizə: Kənd təsəffüratı üzrə təlimçi

Yer: Şəki, Azərbaycan

Vakansiyanın ilk günü: 07 fevral 2014-cü il
Vakansiyanın son günü: 21 fevral 2014-cü il
Vəzifənin son günü: 30 iyun 2016-cı il

Başlıca məsuliyyətlər:

Təlimçilərin təlimi (ToT) mərhələsində hədəf icmalardan çox sayda təlimçilər (təqribən 80 nəfər) müəyyən ediləcək və onlara təlim veriləcək.
Bu 80 nəfərdən ən az 60-ının gələcəkdə icmalarını daha yaxşı və çoxcəhətli xidmətlərlə təmin etməyə davam edəcəkləri gözlənilir. Bundan əlavə, bu təşəbbüsün son məqsədi, bu təlimçilərin əksəriyyətinin layihənin yerinə yetirilməsi mərhələsindən sonra da icmalarında aqro-kooperativlər qurmaqda və digər qrup təşəbbüslərində rəhbər olmağa qadir olmalarıdır.
Fermerlərin təlimi kənd təsərrüfatı üzrə təlimdən keçmiş bir mütəxəssis (Yerli Xidmət Göstərənlər) tərəfindən veriləcəkdir. Bu vəzifənin bu komponentində xüsusi məsuliyyəti, icmalarında fermerlərə təlim və məsləhət verən Yerli Xidmət Göstərənləri bu prosesdə mütəmadi olaraq təlim, yardım və məsləhət ilə təmin etməkdən ibarət olacaqdır.
Fermerlərin təlimi müəyyən rayonda birinci mərhələ (ToT) başa çatdırılandan sonra ardıcıl olaraq həyata keçiriləcəkdir. Onda daha çox sayda (təqribən 800 nəfər) kiçik fermerlər iştirak edəcəklər; və biz ən az 600 fermerin qida məhsulları təhlükəsizliyinə, xəstəliklərin qabaqlanmasına, əməkdaşlıq və müdafiəyə, marketinqə və ətraf mühitin qorunmasına dair əldə etdiyi biliklərdən istifadə edəcəyini gözləyirik.

Tələb olunan ixtisas, bacarıqlar və qabiliyyətlər:

- Kənd təsərrüfatı (aqronomiya) üzrə diplom
- Kənd təsərrüfatı (aqronomiya) sahəsində təcrübə
- Bölgənin iqtisadi və kənd təsərrüfatı bölmələri haqqında bilik
- Ofis sistemləri, o cümlədən kompüter programları (məs. Word, Excel, PowerPoint, E-mail) haqqında bilik
- Təlim hazırlamaqda və keçirməkdə bacarıqlar və təcrübə
- Mədəniyyətlərarası həssaslıq, uyğunlaşma qabiliyyəti

İş mühiti: Əsasən Şəkidə olacaq və həmçinin Şəki-Zaqatala iqtisadi bölgəsində tez-tez səyahət edəcək.

Rezümenizi, maaş gözləntilərinizi və ayrıca öz marağınızı və vəzifəyə uyğunluğunuzu ifadə edən müşayiət məktubunuzu aşağıdakı e-poçt ünvanına göndərməyiniz xahiş olunur.
Lütfən, e-poçt mesajınızın “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Kənd təsəffüratı üzrə təlimçi). Əks halda daxil olan müraciətlər nəzərdən keçiriləcəyi vaxt sizin namizədliyiniz nəzərdən keçirilməyəcəkdir.
Yalnız son mərhələyə keçən namizədlərə müsahibə üçün bildiriş göndəriləcəkdir.

E-mail: [email protected]