Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mütəxəssis

  • Flazer
  • Elanın qoyulma tarixi: 02.04.2024

İşin təsviri

 Vəzifə öhdəlikləri:

  • Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat etmək;
  • İşə götürülənlərlə giriş təlimatı aparmaq və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında kömək etmək;
  • Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etmək;
  • Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə nəzarət etmək;
  • İşçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə nəzarət etmək;
  • İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasını təmin etmək;
  • Fəaliyyət ilə bağlı mütəmadi olaraq müəssisənin rəhbərliyinə hesabatlar hazırlayıb təqdim etmək və s.

Namizədə tələblər:

  • İş təcrübəsi: 1 ildən az olmayaraq
  • Təhsil: Ali təhsil 
  • Yaş: 25-40
  • Rus dili biliyi tələb olunur.
  • Düzgün analiz etmə bacarığı;
  • Ünsiyyət qurma bacarığı;
  • Məsuliyyətli, dəqiq, kollektivlə işləmək bacarığının olması;
  • Təşkilatçılıq bacarıqları.

İş şəraiti:

  • İş vaxtı: 6 günlük, 08:00-17:00
  • İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov 12M
  • Əmək haqqı: 600 AZN
  • Şirkət tərəfindən qidalanma/nahar ilə təmin edilir.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "SƏTƏM-mütəxəssis" qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.