Kadrlar üzrə mütəxəssis

  • Flazer
  • Elanın qoyulma tarixi: 20.08.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • A R-nın Əmək qanunvericiliyinə uyğun işçilərin işə qəbulu, başqa vəzifələrə keçirilməsi,işdən azad edilməsi proseslərinin ƏMAS-da həyata keçirilməsi, qanuna uyğun sənədləşdirilməsi;
  •  Məzuniyyət əmrlərinin verilməsi, məzuniyyət haqqlarının, kompensassiyalarının son haqq-hesabın hesablanması;
  • Əmək haqqının hesablanması;
  • - İşçilərin şəxsi işlərinin formalaşdırılması və lazımi sənədlərin toplanması;
  • Əmək kitabçalarının əmrlər əsasında doldurulması və qeydiyyatı;
  • Payroll ilə işləmək;
  • Xəstəlik vərəqlərinin doldurulması, protokollaşdırılması və hesablanması, e-gov-da işlənməsi;
  • Şirkət əməkdaşlarının gündəlik davamiyyətinə nəzarət etmək və davamiyyət tabelini formalaşdırmaq;
  • Görülən işlərlə bağlı günlük, həftəlik və aylıq hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Boş vakansiyalarla bağlı elanların verilməsi, şirkətə işçi cəlb olunması, gələn CV-lərə baxılması, uyğun namizədlərin seçilməsi və müsahibəyə dəvət edilməsi, müsahibənin aparılması;
  •  İşçilərlə daimi əlaqədə olmaq, mövcud problemlərlə bağlı məlumat almaq və onların aradan qaldırılması üçün tədbirlər görmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların həyata keçirilməsi.

Namizədə tələblər:

İş təcrübəsi: 1 ildən az olmayaraq

Təhsil: Ali təhsil  ( İnsan resursları üzrə olması üstünlükdür)

Kompüter biliyi: MS Word, MS Excel, MS Powerpoint, MS Outlook və digər ofis proqramları, habelə digər proqramlar (məsələn, 1C) üzrə biliklər

Dil biliyi: Azərbaycan dili

Yaş: 25-40

Bacarıqlar:

  • Əmək Məcəlləsini bilmək və ona uyğun vəzifənin icra olunması;
  • Kollektivlə işləmək bacarığının olması;
  • Təşkilatçılıq bacarıqları;
  • İnsanlarla xoş ünsiyyət yarada bilmək qabiliyyəti;
  • İşində dəqiq, diqqətli, məsuliyyətli, işgüzar olmalı.

Əlavə məlumat:

İş vaxtı: 6 günlük, 08:00-17:00

İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov 12M

Əmək haqqı: 700 azn

Şirkət tərəfindən nahar ilə təmin edilir.

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "Kadrlar üzrə mütəxəssis" qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.