SƏTƏM mühəndisi

  • Flazer
  • Elanın qoyulma tarixi: 23.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Əməyin mühafizəsi haqqında normativlərə və standartlara, təhlükəsizlik texnikası qaydalarına və digər normativ sənədlərə riayət olunmasına nəzərat etmək;
  • İşə götürülənlərlə giriş təlimatı aparmaq və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasında kömək etmək;
  • Xidmətlərə təlimatların işlənib hazırlanmasında kömək etmək;
  • Qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə nəzarət etmək;
  • İşçilərin əməyin mühafizəsi dərslərinin təşkilinə, biliklərinin yoxlanılmasına və attestasiyadan keçirilməsinə nəzarət etmək;
  • İş yerlərində təlimatların vaxtında və keyfiyyətli aparılmasını təmin etmək;
  • Fəaliyyət ilə bağlı mütəmadi olaraq müəssisənin rəhbərliyinə hesabatlar hazırlayıb təqdim etmək və s.

Namizədə tələblər:

  • İş təcrübəsi: 1 ildən az olmayaraq
  • Təhsil: Ali təhsil 
  • Yaş: 25-40
  • Düzgün analiz etmə bacarığı;
  • Ünsiyyət qurma bacarığı;
  • Məsuliyyətli, dəqiq, kollektivlə işləmək bacarığının olması;
  • Təşkilatçılıq bacarıqları;
  • Konstruktiv və məntiqi düşüncə.

İş şəraiti:

  • İş vaxtı: 6 günlük, 09:00-18:00
  • İş yeri: Bakı şəhəri, Sabunçu rayonu, Bəşir Bünyadov 12M
  • Əmək haqqı : İlk 1 ay 500 AZN, növbəti aylarda artım olunur.
  • Şirkət tərəfindən qidalanma/nahar ilə təmin edilir

Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsində "SƏTƏM-mühəndis" qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.