Qrup rəhbəri (Ağcabədi, Gəncə və Şirvan şəhərləri üzrə)

  • Parabank ASC
  • Elanın qoyulma tarixi: 21.01.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifəyə dair tələblər
·  Ali təhsil (iqtisadi təhsillilərə üstünlük verilir)

·  Ən azı 2 il kredit sahəsində iş təcrübəsi

·  Bank işini tənzimləyən  qanunvericilik və Mərkəzi Bankın normativ sənədlərinin tələbləri ilə yaxından tanış olmaq

·  Kredit prosesinin təşkili üzrə bacarıqlara malik olmaq

·  Qrup üzvlərinin işlərini planlaşdırma və işləri təşkil etmə bacarığına malik olmaq

·  Bank sirri təşkil edən məlumatların məxfiliyini qoruyub saxlayır

 
Əsas vəzifələr
·    Banka müraciət etmiş potensial müştərilərlə görüşlər keçirmək

·    Bankdan kənarda yerləşən müştərilərin bankla əməkdaşlıq etmələri üçün tədbirlər həyata keçirmək

·    Qrupda işləyən işçilərin root plana uyğun fəaliyyətlərini planlamaq, təlim keçirilməsini təmin etmən

·    Root plan üzrə ərazi bölgüsünü həyata keçirmək,işçilər tərəfindən root planın icra ediməsinə nəzarət etmək

·    Birbaşa çarpaz satış usulunu kredit işçiləri tərəfindən keçirilməsini təmin etmək

·    Fəaliyyət göstərdiyi filialın kredit ve qeyri -kredit fəaliyyətinə nəzarət

·    Kredit dosyelərinin vəziyyətinə nəzarət

·    Monitorinq planına əsasən işçilər tərəfindən monitorinqlərin vaxtında keçirilməsinə nəzarət

·    Qrup tərkibində biznes proseslərə nəzarət etmək

·    Qrup tərkibində olan işçilərin məbləğ və vaxt limitlərinə nəzarət etməsinə nəzarəti həyata keçirmək

·    İşçilərin bankdaxili və Mərkəzi Bankın prosedur qaydalarına uyğun icra etmələrinə nəzarət

·    İşçilərlə birgə müştərilərə vizit, biznesin təhlili, filialların kredit komitələrində mütləq səs hüquqlu iştirak

·    Gecikdirilmiş kreditlərin qaytarılması ilə bağlı görülən işlərin təşkili və rəhbərlik edilməsi

·    Fəaliyyət göstərdiyi filialda işçilərə, onların işinə və kredit portfelinə nəzarət,ehtiyac olacağı təqdirdə rəhbərliyə rəylər hazırlamaq

·    İşçilərin sərbəst şəkildə işləmələrinə nəzarət, onlarla bağlı təkliflərin rəhbərliyə verilməsi

·   Təhkim olunmuş yeni işçilərin təlimi və onlar haqqında rəyin verilməsi,

·     Fəaliyyət göstərdiyi filialda satış işçilərinin işinə nəzarət

·    Gecikdirilən kredit ödənişləri ilə bağlı müştərilərlə əlaqə saxlanılması işinin təşkili

·    Qeyd olunan kredit portfelinin problemli hissəsinin idarə olunması və onun sağlamlaşdırılaraq normal portfelə qaytarılması işinin təşkili və bu işə rəhbərlik

CV-ləri “Gəncə” , "Ağcabədi" və ya "Şirvan" filialı Qrup rəhbəri mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.