Satınalma mütəxəssisi

İşin təsviri

İş qrafiki: Həftədə I-V günlər tam- saat 09:00-18:00;

Əmək haqqı: müsabiqə əsasında müəyyənləşəcək

 Namizədə olan tələblər:

  • İş təcrübəsi: Satınalma sahəsi üzrə ən azı 1+ il iş təcrübəsi tələb olunur
  • Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili: Rus dili: İngilis dili
  • Kompüter bilikləri: Microsoft Office (xüsusilə Word, Excel)  proqramlarında işləmə bacarığı
  • Üstünlüklər: Elektron satınalınmaların aparılması üçün müəssisə resurslarının planlaşdırılması sistemlərini bilmək
  • Yerli və xarici bazarda olan sənaye məhsulları haqqında biliklər (inşaat materialları, İT məhsulları, alətlər, dəftərxana və təsərrüfat məhsulları)
  • Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı
  • Özünə inam, qüsursuz danışıq aparma və problem həll etmə bacarıqları
  • Müxtəlif iş vəziyyətlərinə çevik işgüzarlıq ilə reaksiya vermə bacarığı
  • İşin tələb üzrə ehtiyat yarandığı halda vaxtından çox işləməyə hazır olma
  • 25-40 yaş, mütəxəssislər tələb olunur
  • Nümunəvi şəxsiyyətli, peşəkar davranışlı, ifadəli, ünsiyyətcil və sürətli öyrənən 

Vəzifə öhdəlikləri:

  • Dövlət satınalmaları haqqında yeni qanunun tətbiqinə dair biliklər
  • Satınalmalarla bağlı hesabatların hazırlanması
  • Tenderlərin izlənməsi, tenderlərlə əlaqədar təkliflərin alınması və onların keçirilməsinin təşkil edilməsi
  • Fəaliyyət sahəsində bütün sənədlərin (uyğunluq sertifikatlarının, texniki göstəricilərin və s.) düzgün tərtibi və sənədləşmə işlərinin aparılması
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin tənzimlənməsi
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi
  • Səfərlər etməklə tədarükçülərin qiymətləndirilməsi və tədarükçülərin satınalma şərtlərinin uyğunlaşdırılması
  • Mal tələbləri üzrə yaranan dəyişikliklər və təfərrüatları ilə bağlı təchizatçılarla əlaqələrin qurulması.
  • Satınalma tələblərinin təfərrüatlarını anlamaq üçün şöbələrlə sıx əməkdaşlıq edilməsi
  • Universitetin ehtiyaclarının öyrənilməsi
  • Görülən işlər barədə gündəlik və aylıq hesabatların birbaşa rəhbərliyə təqdim edilməsi

 Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satınalma mütəxəssisi” sözlərini qeyd edərək e-ünvanına göndərsinlər.