İT dəstək üzrə mütəxəssis

İşin təsviri

AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİ İT DƏSTƏK ÜZRƏ MÜTƏXƏSSİS VAKANSİYASINI ELAN EDİR

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- Müəssisəyə məxsus bütün kompüterlərin və İT avadanlıqlarının sabit və daimi işləməsini təmin etmək;
- İnternetin işlək vəziyətdə saxlanılmasına nəzarət və bütün sistemin yenilənməsini təmin etmək;
- LAN, WAN, WiFi şəbəkələrinin işini təmin etmək və yaranan nasazlıqları aradan qaldırmaq;
- Əməliyyat sistemlərinin və proqramların işini təmin etmək və yaranan nasazlıqları aradan qaldırmaq;
- Yeni işə qəbul olunmuş işçiləri lazımı kompüter avadanlıqları ilə təmin etmək;
- İT Texniki dəstək işlərinin aparılması üçün tələb olunan bütün lisenziyaların etibarlılığını yoxlamaq.

ƏSAS TƏLƏBLƏR:

- İT sahəsi və ya müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili biliyi;
- İngilis və Rus dili biliyi arzu olunandır;
- Yaxşı səviyyədə MS Window Operating proqramları biliyi;
- Drayverlərin quraşdırılması və logların yoxlanılması biliyi;
- Şəbəkə avadanlıqlarının tənzimlənməsi bacarığı;
- MS Domain sistem və Active Directory haqqında əsas biliklər;
- (PC-nin domeninə əlavə edilməsi, GPO’nun, qrup və istifadəçi hüquqlarının yoxlanılması)
- MS Office 2013/16/19 məhsullarının quraşdırılması və problemlərinin aradan qaldırılması biliyi;
- Yaxşı səviyyədə MS Outlook proqramı biliyi;
- İT texniki dəstəyin idarə edilməsində müvafiq sertifikatlar arzu olunandır.

ÜMUMİ TƏLƏBLƏR:

- Problemləri həll etmə bacarığı;
- Komanda işi bacarığı;
- Ünsiyyət bacarıqları.

İş qrafiki: 5 gün
İş yeri: Bakı şəhəri

MÜRACİƏT QAYDALARI:

Maraqlanan namizədlərdən mövzu hissəsində vəzifənin adını yazaraq [email protected] e-poçt ünvanına CV göndərmələri xahiş olunur.

SON MÜRACİƏT TARİXİ:

18 dekabr 2020-ci il