Akademik heyətin işə qəbul müsabiqəsi

İşin təsviri


Azərbaycan Turizm və Menecment Universiteti 2020/2021-ci tədris ili üçün Turizm və Qonaqpərvərlik fakültəsinin müvafiq ixtisasları üzrə müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə akademik heyətin işə qəbul müsabiqəsini elan edir.

Müsabiqə üç mərhələdən ibarət olacaqdır:

• Sənədlərin qəbulu;
• Müsahibə;
• Sınaq dərslərin keçirilməsi.

Namizədlərə aid tələblər:

1. Fənn blokuna uyğun elmi dərəcəsi (magistr, fəlsəfə və elmlər doktoru);
2. Müasir tədris standartlarına uyğun silabus və fənn materiallarını hazırlama bacarıqları;
3. Tələbə-yönümlü tədris metodikası;
4. Kompyuter biliyi: Ofis proqramlarında (xüsusilə, Microsoft Word, Excel və Power Point) sərbəst işləmək bacarığı.

Tələb olunan sənədlər:

• Doldurulmuş müraciət və silabus formaları;
• Şəxsiyyət vəsiqəsinin elektron surəti;
• Diplom(lar) və ona əlavə(lər)in elektron surətləri (xaricdə təhsil alanlar isə diplomla yanaşı həmin sənədin tanınmasına dair şəhadətnamənin elektron surətini təqdim etməlidirlər)

Namizədlər müvafiq formaları aşağıdakı keçidlərdən əldə edə bilərlər:

 Fənn blokları.pdf 

 İşə qəbul müsabiqəsi - müraciət forması.doc 

 Silabus forması.doc 

Namizədlərdən tələb olunan sənədləri [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Müraciətlərin göndərilməsi üçün son tarix 20 avqust 2020-ci ildir.
Namizədlərin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 115) telefon nömrəsi və ya [email protected] vasitəsilə əlaqə saxlaya bilərlər.

Qeyd: Namizədin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya müraciət müddəti bitdikdə sənədlərə baxılmayacaq.