Kiçik server administratoru

İşin təsviri

AZƏRBAYCAN TURİZM VƏ MENECMENT UNİVERSİTETİ KİÇİK SERVER ADMİNİSTRATORU VAKANSİYASINI ELAN EDİR

Texniki tələblər:

- İT üzrə bakalavr və ya magistr dərəcəsi;
- İT üzrə minimum 3 il iş təcrübəsi;
- Windows server 2012/16/19 ilə işləmə bacarığı;
- CCNA routing and switching bilikləri;
- Virtualization vmware esxi 5.5/6.0/6.5 bilikləri;
- Active Directory, DNS, DHCP, WSUS, WDS File və Print serverləri ilə işləmə bacarığı;
- UNIX və Linux bilikləri arzu olunandır;
- Microsoft (MCP,MCSA) sertifikatları üstünlük hesab olunur.

Ümumi tələblər:

- Problemləri həll etmə bacarığı;
- Komanda işi bacarığı;
- Ünsiyyət bacarıqları.

Vəzifə öhdəlikləri:

- İT infrasturkturunun (server, iş stansiyaları, avadanlıq və proqram təminatınn) fasiləsiz fəaliyyətinin təşkili və təmini;
- Server və iş stansiyalarına proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiyası;
- Fayl serverin, verilənlər bazasının idarə olunması serverlərinin, update serverlərinin, antivirus serverlərinin və onların proqram təminatının fasiləsiz işinin təmin edilməsi;
- Müasir tələblərə uyğun backup texnologiyalarını tətbiq etməklə verilənlərin etibarlı rezerv olunması;
- İstifadəçilərin qeydiyyatının aparılması (domain controller-də), identifikasiyası və şifrələrin təyin edilməsi;
- Şəbəkə resurslarının istifadəsinə nəzarət edilməsi;
- Daimi şəkildə server və server avadanlıqlarının monitrinqinin və loqlamanın aparılması;
- İnfrasturktur üçün texniki sənələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin qeydiyatının aparılması.

İş qrafiki: 5 gün
İş yeri: Bakı şəhəri

Müraciət qaydaları: 

Maraqlanan namizədlər mövzu hissəsində vəzifənin adını yazaraq [email protected] e-poçt ünvanına CV göndərməklə müraciət edə bilərlər.

Son müraciət tarixi: 4 yanvar 2021-ci il