Biznes tərəfdaş

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İşə qəbul prosesinin həyata keçirilməsinə - namizədlərin axtarılması, görüşlərin keçirilməsi və təyinatlarının verilməsi proseslərinə nəzarət etmək
  • Təyin olunmuş biznes bölmələrində işçilər və rəhbərlik üçün insan resursları proseslərində vahid əlaqələndirici şəxs və vasitəçi rolunu oynamaq
  • Komandaya yeni qoşulmuş üzvlərin adaptasiya prosesinə dəstək;
  • Xidmət göstərdiyi funksiyaların işçi heyəti ilə mütəmadi görüşlər keçirmək, təklif və şikayətlərini dinləmək, həlli yolunda müvafiq addımlar atmaq;
  • Vəzifə təlimatlarının yazmaq və yeniləmək,
  • Təşkilatın strategiyasını tətbiq etmək üçün təşkilati strukturların, vəzifə öhdəliklərinin müəyyənləşdirilməsi və kadr ehtiyatının idarə edilməsi üzrə proseslərin hazırlanması istiqamətində struktur bölmələrinin rəhbərləri ilə birgə çalışmaq;
  • Müəssisə daxili nizam-intizam məsələlərini tənzimləmək;
  • İşçi tələbini analiz etmək və ştat üzrə vakansiyalar açmaq;
  • Yeni ştatlara əmək haqqı təyin olunmasında iştirak etmək, əmək haqqı üzrə bazar araşdırmalarını aparmaq

Tələblər:

  • Təhsil: Ali təhsil
  • Təcrübə: müvafiq sahə üzrə min. 1 il
  • Kompüter bilikləri: MS Office -sərbəst;
  • Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri 
  • İşə qəbul müsahibələrinin aparılması bacarığı 
  • İstehsal sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir

İş şəraiti:

 

  • İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Servis xidməti mövcuddur;
  • Əmək haqqı: müsahibə əsasında
  • İş qrafiki: 5 gün, 09:00-18:00

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 13 mart 2024-cü il tarixinədək emailin mövzu hissəsində "Biznes tərəfdaş" qeyd edərək elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.