Baş energetik

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəssisəni enerji təchizatı ilə təmin etmək
  • Bütün ərazidəki elektrik cihazlarının təhlükəsiz şəraitdə işləməsinə nəzarət etmək
  • Bütün elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarı, təmirinə və enerjinin qənaətlə sərfinə nəzarət etmək
  • Elektrik quraşdırma üzrə texniki şərtləri razılaşdırmaq və təsdiq etmək
  • İş yerində səmərəliliyin artırılması, avadanlığın modernləşdirilməsi üzrə layihə və konstruktor sənədlərinə nəzarət etmək
  • İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin yaradılması üçün geniş texniki və maliyyə hesablamaları aparmaq, zərurət yarandığı hallarda layihənin komanda üzvlərinə rəhbərlik etmək və təlim keçmək
  • Gözlənilən və ya gözlənilməz iş rejimi şəraitində qərarların qəbul edilməsinə məsuliyyət daşımaq
  • Rəhbərlik tərəfindən vəzifə təlimatına uyğun təyin edilmiş digər tapşırıqların icrası

Tələblər:

  • Elektrik və ya Elektroenergetika üzrə ali təhsil
  • Müvafiq sahə üzrə 3 ildən artıq iş təcrübəsi
  • Yüksək gərginliklə işləmə bacarığı
  • Yüksək idarəçilik bacarıqları
  • Rus dili sərbəst, ingilis dili arzu olunandır
  • MS office

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meyilli
  • Etibarlılıq
  • Stresə davamlı

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma yolu ilə
  • İş qrafiki:  5 gün
  • İş yeri: H.Əliyev pr., Keşlə qəs., Ulduz Şokolad Fabriki

Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır