Keyfiyyətə Nəzarət üzrə Mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • ISO 9001:2008, BRC, ISO 22000:2005, ISO 22000:2010, ISO 10002:2004 , OHSAS 18001:2007, IFS, HALAL tələblərindəki lazımi vəzifələri yerinə yetirmək
  • Fəaliyyəti ilə bağlı rəhbərliyə və müəssisəyə lazım olan qeydləri aparmaq və hesabatlar hazırlayıb hesabat verdiyi instansiyaya ötürmək
  • İstehsalatda bükmə maşınlarında etiketlərin bükülmə keyfiyyətlərini nəzarətdə saxlamaq
  • İstehsal və idxal zamanı məhsulların markalanma və düzgün qablaşdırılmasına nəzarət etmək
  • Paketləmə zamanı paketlərdə vurulan tarixin düzgün olmasına, çəkisinin verilən miqdarda olmasına və karton qutuya yığılmasına nəzarət etmək
  • Hazır məhsul anbarında hazır məhsulların saxlanılma şəraitinə nəzarət etmək
  • Xammal anbarında xammalın və köməkçi vasitələrin saxlanılma şəraitinə nəzarət etmək
  • İstehsalat sahəsində kritik nəzarət və nəzarət nöqtələrinə nəzarət etmək   
  • Sanitar-gigiyenik qaydaların pozulmaması üçün istehsal prosesini nəzarətdə saxlamaq        
  • İstehsal və idxal olunan məhsulların çəki, raf ömrü, düzgün qablaşdırma kontrolu və standart tələblərə cavab verməsinə nəzarət etmək və kənarlaşmalar haqqında hesabat hazırlamaq
  • İstehsal, idxal, ixrac məhsullarının qida təhlükəsizliyi tələblərinə cavab verməsinə nəzarət etmək      
  • Qəbul prosesində uyğun və uyğun olmayan məhsulların hesabatlarını hazırlayıb rəhbərliyə təqdim etmək  
  • İstehsal, idxal məhsulların saxlanıldığı depolarda məhsullara, həmçinin saxlanma və gigiyenik şəraitə nəzarət etmək
  • Tədarükçüləri dəyərləndirmək və müştəri şikayətlərini araşdırmaq           
  • Marketlərdə məhsulların saxlanma, qida təhlükəsizliyi tələblərinə cavab verməsinə gigiyenik qaydalara riayət olunmasına nəzarət etmək   
  • Personal gigiyenasının yoxlanılmasını və təlimlərin təşkilini həyata keçirmək           
  • Anbarlarda temperatur rejimlərini ölçmək   
  • PL məhsulların istehsal və qablaşdırılması prosesinə nəzarət etmək          

Tələblər:

  • Ali təhsil : Qida mühəndisliyi , kimya , biologiya və ya oxşar sahə üzrə
  • Qida sahəsində Keyfiyyətə Nəzarət üzrə 2-3 illik iş təcrübəsinin olmalı
  • Komputer bilikləri MS Office proqramları ( Word,Excel )
  • Qida təhlükəsizliyi , sanitar gigiyenik tələblər və HACCP sistemi tələbləri üzrə məlumatlı olmalı
  • Beynalxalq qida sertifikatları ( İSO 22000 , BRC , İFS ) tələbləri üzrə məlumatlı olmalı
  • Keyfiyyət idarə etmə üzrə beynalxalq sertifikatları olmalı
  • Rus və İngilis dili üzrə dil biliklərinin olması arzu olunandır
  • 3 növbəli dəyişən iş qrafikdə işləyən olmalı

İş şəraiti:

  • İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Servis xidməti mövcuddur;
  • Əmək haqqı: müsahibə əsasında
  • İş qrafiki: növbəli

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 20 Mart 2024-cü il tarixinədək emailin mövzu hissəsində "Keyfiyyətə Nəzarət üzrə mütəxəssis" qeyd edərək elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin

növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Veysəloğlu Yaycılı Qardaşlar tərəfindən digər vakansiyalar