Direktor köməkçisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin müəyyənləşdirdiyi korporativ yazışma etikası əsasında Şirkətdaxili, ölkədaxili və Beynəlxalq yazışmaların aparılması;
  • Şirkət direktorunun iş qrafikinə uyğun iş planının hazırlanması (görüşlər, zənglər, qəbullar və s.);
  • Şirkət direktorunun texniki fəaliyyətinin təchiz edilməsi (nəqliyyat sifarişi, bilet sifarişi, görüşlərin təşkili və s.);
  • İclasların təşkil edilməsi, hesabatların hazırlanması və direktora təqdim olunması;
  • Şirkətin direktorunun gündəliyinin hazırlanması.

Tələblər:

  • Yüksək səviyyədə təqdimat bacarığı;
  • İş təcrübəsi: müvafiq sahə üzrə 1 il
  • MS Office (Word, Excel, Outlook) proqramlarından istifadə etmək bacarığı;
  • Yüksək qavrama və öyrənmə qabiliyyəti;
  • Azərbaycan dili səlis, rus və ingilis dilləri yüksək səviyyədə;
  • İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti.

İş şəraiti:

  • İş yeri: Keşlə, 2-ci Eninə küç,2. Ulduz Şokolad Fabrikinin binası;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Servis xidməti mövcuddur;
  • Əmək haqqı: müsahibə əsasında
  • İş qrafiki: 5 gün, 09:00 – 18:00

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 Aprel 2024-cü il tarixinədək emailin mövzu hissəsində "Direktor köməkçisi" qeyd edərək elektron ünvanına göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Veysəloğlu Yaycılı Qardaşlar tərəfindən digər vakansiyalar