İşin təsviri
İş barədə məlumat:
- Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması və potensial müştərilərlə işgüzar əlaqələrin qurulması;
- Şirkətə dair tanıtımlar etmək, müştərilərə müəssisə və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
- Tikinti ərazisinə keçid edib layihələrlə tanış etmək;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi;
- Gündəlik, həftəlik, aylıq hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir ;
- Satış həcmindən yüksək bonus;
Namizədə tələblər
- Ali təhsil
- Dil bilikləri: Azərbaycan dili, Rus dili mütləqdir. İngilis dili biliyi arzuolunandır
- Marketinq və satış sahəsində 3-5 il iş təcrübəsi;
- Mc. Office proqramlarını yaxşı şəkildə bilmək ;
- Müştərilərlə konsultasiya və satışın reallaşdırılması bacarığı;
- Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti ;
- Müştərilərə ərazini təqdim etmək bacarığı;
- Satış işinin qurulması bacarığı;
- Məsuliyyət,dinamiklik;
- Yaş həddi: 25-40
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 və ya 10:00-19:00;
- İstirahət günü - Həftədə bir gün ( həftəiçi olmaqla)
- Rəsmi əmək müqaviləsi ilə işə alınma
- Nahar şirkət tərəfindən verilir
- Servis xidməti mövcuddur
Maraqlanan namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına, mövzu bölməsində satış meneceri yazmaqla və ya +994 51 882 97 29 əlaqə nömrəsinə göndərmələri xahiş olunur.