Şirkətin direktorunun fəaliyyətinin təminatı üzrə işlərin həyata keçirilməsi üçün rəylər təqdim etmək, göstəriş və tapşırıqlarına müvafiq olaraq, şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək;
Baş direktorun göstərişlərinə uyğun olaraq, şirkətin struktur bölmələrindən və icraçılarından lazım olan məlumatları toplamaq, onları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək;
Görüş, müşavirə və yığıncaqların təşkili üçün lazımi hazırlıqları aparmaq (materialların toplanması, referat və arayışların hazırlanması, iştirakçıların məlumatlandırılması və s.).
Direktorla bərabər şirkətin quruluş bölmələrinin iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə şirkətin baş direktoruna yazılı və ya şifahi şəkildə məruzə etmək;
Direktorun göstərişi ilə direktor köməkçisi səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək;
Öz səlahiyyətləri çərçivəsində bütün meydana çıxan çatışmazlıqlar barədə bilavasitə direktora məlumat vermək;
Direktor köməkçisi səlahiyyətlərinə daxil olan işin icrası üçün zəruri sayılan hər hansı sənəd və materialları, habelə şifahi məlumatları şirkətin işçilərindən tələb etmək;
Direktor tərəfindən zəruri tövsiyələr almaq.
Tələblər:
Səlis Azərbaycan və Rus dili biliyi;
Direktor köməkçisi olaraq ən azı 1-3 il iş təcrübəsi;
Kompüter bilikləri; MS OFFİCE ( EXCELL və WORD);
Operativ və gördüyü işə cavabdehlik;
Məsuliyyətli və cevik olan namizədlər müraciət etsin
Green City Resort & Residence tərəfindən digər vakansiyalar