İnsan Resursları üzrə Baş Mütəxəssis / Menecer

İşin təsviri

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri, Səbail rayonu (Şıxov)
  • İş qrafiki: 09:00 – 18:00
  • Müqavilə: Rəsmi əmək müqaviləsi
  • Əmək haqqı: 1500-2000 AZN

Əsas vəzifə öhdəlikləri:

  • HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
  • Kadr tələbinin planlaşdırılması, vakansiyaların elan edilməsi və namizədlərin seçilməsi;
  • İşə qəbul və oriyentasiya planının hazırlanması və həyata keçirilməsi;
  • İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən edilməsi, təlimlərin təşkili;
  • Xidməti fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması və tətbiqi;
  • İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması;
  • Əmək müqavilələrinin, vəzifə təlimatlarının hazırlanması və Elektron Hökumət Portalına daxil edilməsi;
  • Sosial sığorta şəhadətnamələrinin sifariş olunması, icbari sığortaların həyata keçirilməsi;
  • Məzuniyyət qrafiklərinin, işə qəbul, xitam, məzuniyyət, ezamiyyə və digər əmrlərin hazırlanması;
  • Əmək qanunvericiliyinə uyğun sənədləşmə prosesinin düzgün aparılmasına nəzarət;
  • İşçilərin davamiyyət uçotunun aparılması, hesabatların hazırlanması;
  • İşçi axıcılığının səbəblərini müəyyənləşdirmək və azaldılması üçün tədbirlər görmək;
  • İnsan resursları departamentinə aid aylıq, rüblük, illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Dövlət orqanlarına təqdim olunacaq hesabatların hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası;
  • İşçi münasibətlərində korporativ etikanı qorumaq və rəhbərlik, şirkət mənafelərinin təmin edilməsinə nəzarət.

Namizədə tələblər:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsi və əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
  • İnsan resurslarının idarə olunması, funksiyaları və prosedurları haqqında geniş biliyə sahib olmalı;
  • Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
  • ERP və MS Office proqramlarını sərbəst istifadə bacarığı;
  • Ali təhsil (menecment, psixologiya, hüquq, insan resursları, mühasibat və ya iqtisadiyyat üzrə);
  • İnsan resursları sahəsində azı 5 il iş təcrübəsi;
  • İngilis dili biliyi arzuolunandır;
  • Yaş həddi: 27–50;
  • Dəqiqlik, məsuliyyət, öyrənməyə həvəs və güclü təşkilatçılıq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Word və ya PDF formatında, mövzu hissəsində “İnsan Resursları üzrə Baş Mütəxəssis / Menecer” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Əlaqə nömrəsi: 051 882 97 29

Green City Resort & Residence tərəfindən digər vakansiyalar