Satınalmalar şöbəsinin mütəxəssisi

İşin təsviri

Əmək funksiyası:

  • Müəssisənin mallara olan təlabatının müəyyənləşməsində iştirak etmək;
  • Bazarın təhlili, tələb olunan malların yerli və xarici bazarda araşdırılması;
  • Bazar üçün əhəmiyyət kəsb edən malların xarici ölkələrdəki istehsalçılarının araşdırılması;
  • Satınalma hesabatlarının hazırlanması və analiz edilməsi;
  • Etibarlı satıcı və təchizatçılar bazasının yaradılması;
  • Yüksək keyfiyyətli məhsulları ən uyğun qiymətə əldə etmək üçün şirkətdaxili idarəetmənin bütün üzvləri ilə sıx əməkdaşlığın təşkil edilməsi;
  • Satınalma zamanı yarana biləcək riskləri öncədən dəyərləndirilməsi;
  • Tələb olunan mallar üzrə sifarişlərin hazırlanmasına nəzrət edilməsi;
  • Ehtiyacların, malların, işlərin, xidmətlərin qiymətləri haqqında məlumatların ilkin toplanması;
  • Satınalma nəticələrinin işlənməsi və müqavilənin bağlanması üçün zəruri məlumat və sənədləri təqdim edilməsi;
  • Planların tərtib edilməsi və satınalmaların əsaslandırılması;
  • Satınalma prosedurlarının həyata keçirilməsi;
  • Müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması;
  • Təqdim olunan malların, işlərin, xidmətlərin keyfiyyətinin yoxlanılmasına nəzarət;
  • Satınalmala sahəsində monitorinqlərin təşkil edilib keçirilməsi;
  • Satınalma sahəsində audit və nəzarət edilməsi;
  • Hər ay üzrə satınalma planının icrasına nəzarət etmək və təmin etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirmək.

Tələblər:

  • Tələb olunan vəzifə üzrə minimum 2 (iki) il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan, rus və ingilis dilləri.
  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV formasına (linkdə yerləşdirilib) ciddi riayət olunmalıdır (təhsil barədə dolğun məlumat yazılmalı, əvvəlki iş yerləri barədə dolğun məlumat yazılmalı, yaşayış yeri dəqiq göstərilməlidir, CV-də namizədin fotoşəkili yerləşdirilməlidir və s.);
  • “Göygöl Şərab Zavodu” ASC tərəfindən təqdim olunan CV forması düzgün tərtib edilmədikdə və digər CV forması təqdim edildikdə baxılmayacaqdır.

İş şəraiti: 

  • İş qrafiki: bazar ertəsi-cümə günləri, saat 09:00 - 18:00
  • Nahar fasiləsi 13:00 – 14:00
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır