Korporativ sığorta şöbəsinin müştəri meneceri

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 30.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

Cəmiyyətin gəlir büdcəsi ilə müəyyən olunmuş korporativ satış, həmçinin banklar və digər kanallarla satış planı üzrə sığorta haqlarının yığılmasının təmin edilməsi;
Cəmiyyətə yeni korporativ, bank və digər kanallar üzrə müştərilərin cəlb olunmasının həyata keçirilməsi;
Yeni müştərilərin cəlb oluması ilə bağlı prosesin izlənməsi;
Mövcud korporativ, bank və digər kanallar üzrə müştərilərlə əlaqələri genişləndirmək və uzunmüddətli əməkdaşlıq qurulmasına çalışılması;
Mövcud korporativ müştərilərlə, həmçinin, bank və digər kanalların müştəriləri ilə bağlanmış sığorta müqavilələrinin yenilənməsinin təmin edilməsi;
Tenderlər üzrə müştəridən məlumatların alınması və müqavilə şərtlərinin müştəriyə çatdırılması, tender üzrə müştəriyə təklifin təqdim olunması;
Müştəri ilə məhsulun satışı və müqavilə üzrə şərtlərin müəyyən edilməsi üçün danışıqların aparılması (telefon,email,görüş);
Müştərinin təqdim etdiyi məlumatların təhlili və sığorta müqaviləsinin bağlanılması üçün əlavə məlumatlara ehtiyacın olmasının müəyyən edilməsi;
Müştərinin məlumatlarının sığorta təklifinin hazırlanması (HYS müqavilələri üzrə-növbəti danışıqların aparılması) üçün müvafiq şöbəyə təqdim olunması;
Müştəri ilə aparılan danışıqların statusunun Lead Management sistemində qeyd olunması;
Yenilənməli müqavilələr üzrə müştərilər ilə danışıqların aparılması (telefon,email, görüş);
Vasitəçilik üçün agent/brokerlərə müraciətin edilməs və müraciətlərin qəbulu və təhlili;
Vasitəçilik xidmətlərinin göstərilməsi üçün tapşırıq müqaviləsinin hazırlanması və müştəriyə ilkin baxışa göndərilməsi.

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Satış sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili:əla , Rus dili:orta , İngilis dili:orta
  • Üstünlüklər: Riyazi biliklərə və iqtisadi təhsil ixtisaslarına üstünlük verilir.
  • Kompüter bilikləri: MS Office:əla
  • Fərdi keyfiyyət tələbləri:  Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq, təsir göstərmə, münasibət yaratma. 

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi