İlkin Təqib şöbəsinə Aparıcı mütəxəssis/Baş mütəxəssis

  • Rabitabank OJSC
  • Elanın qoyulma tarixi: 19.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Gecikməsi olan istehlak kreditlərinin uzaqdan təqib yolu ilə  (zəng vasitəsi ilə) sağlamlaşdırılmasını bankın müvafiq qaydalarına uyğun şəkildə həyata keçirtmək;
  • Bankın müvafiq qaydalarına uyğun şəkildə (iş bölgüsü əsasında ona tapşırıldıqda) Müştərilərə Xidmət Strukturları tərəfindən gecikməsi olan istehlak kreditlərinin sağlamlaşdırılması prosesinə nəzarət etmək;
  • Öz fəaliyyəti ilə bağlı Şöbə rəisinə (tələb edildikdə Departament direktoruna) gündəlik, həftəlik, aylıq, rüblük və illik hesabat vermək;
  • Gecikməsi olan müştərilərin gecikmə səbəblərini araşdırmaq və sistemdə müvafiq qeydlər aparmaq;
  • Öz fəaliyyətini bankın daxili prosedur və normativ sənədlərinə müvafiq olaraq həyata keçirtmək;
  • Təhkim olunmuş filiallar üzrə Yığımla bağlı qoyulan hədəflərə çatmaq;
  • Özünün, habelə struktur bölməsinin fəaliyyətinə aid olan digər məsələlərin icrasını təmin etmək;
  • Departament direktoru və Şöbə rəisi tərəfindən qoyulan tapşırıqları vaxtında və düzgün icra etmək;

Namizədə olan tələblər:

  • Ali təhsil (maliyyə və iqtisadi təhsilli olması arzu olunandır);
  • Bank və ya oxşar kredit təşkilatında ən azı 1 il iş təcrübəsinin olmasına üstünlük verilir)
  • Azərbaycan dilini mükəmməl bilmək (rus və ingilis dilini bilən şəxslərə üstünlük verilir)
  • MS Office proqramları ilə işləmək bacarığına malik olmaq;
  • Kollektivdə işləmək qabiliyyəti, gülərüz və müştərilərlə yüksək nəzakətlə davranmaq qabiliyyəti;
  • Məsuliyyətli, diqqətli, tələbkar, təşəbbüskar olmaq;

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 19.02.2024-cü il tarixinə qədər elektron ünvanına, mövzu hissəsində  “İlkin Təqib şöbəsinə Aparıcı mütəxəssis/Baş mütəxəssis” yazaraq göndərə bilərlər.

Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşəgötürənin reytinqi