Kredit mütəxəssisi

  • PSG Finans BOKT
  • Elanın qoyulma tarixi: 16.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəliklər:

  • Müştəriyə kredit məhsulları haqında məlumatın verilməsi;
  • Daxil olan kredit müraciətlərinin vaxtında qəbulu və analizi;
  • Müştərilərin müraciətləri əsasında kreditləşmə və sənədli əməliyyatların aparılması, restrukturizasiya və ya şərtlərinə əlavə və dəyişikliklərin edilməsi üzrə öhdəliklərin strukturlaşdırılması, onlar barədə rəylərin verilməsi;
  • Kredit portfelinə nəzarət və idarə etmək;
  • Verilmiş kreditlərə dair xidmətlər və onların monitorinqinin aparılması;
  • Müştəri və müqavilə məlumatlarının əməliyyat proqramına daxil edilməsi
  • Risklərin düzgün qiymətləndirilməsi və bankdaxili digər normativ qaydaların qorunmasına nəzarət edilməsi;
  • Vəzifə funksiyalarından irəli gələn və rəhbərlik tərəfindən verilən göstərişlər əsasında digər öhdəlikləri icra etmək;

Tələblər: 

  • Ali təhsil; (İqtisadi, maliyyə və ya riyazi sahə üzrə ixtisas)
  • Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
  •  Analitik düşünmə qabiliyyəti və çevik qərarvermə qabiliyyəti;
  • Azərbaycan dilini səlis, rus dilini bilməsi arzu olunandır
  • Ünsiyyətcil, təşəbbüskar;
  • Komandada işləmək bacarığı;
  • Mükəmməl kommunikasiya qabiliyyəti;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
  • İş təcrübəsi arzu olunandır.

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə); 

Nahar 13:00-dan 14:00-dək.

Əlaqə nömrəsi +994555004782

CV-lər göndərilərkən e-mailin mövzu hissəsində vəzifə adı qeyd edilməlidir.