Problemli kreditlər üzrə mütəxəssis

  • PSG Finans BOKT
  • Elanın qoyulma tarixi: 16.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Problemli Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi;
  • Əməkdaşa təhkim olunmuş portfel üzrə Problemli borcalanlar ilə görüşlərin keçirilməsi, mütəmadi zənglərin edilməsi;
  • Problemli borcalanların maliyyə vəziyyətindən asılı olaraq kredit borclarını restrukturizasiyaya cəlb edilməsi;
  • Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi;
  • Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək, aparılmış işlərə dair portfeldə qeydlər etmək;
  • Problemli borcalan barəsində məhkəməyə müraciət edilməsi ilə bağlı kredit dosyesi üzrə müvafiq sənədləri hazırlayaraq Hüquq İdarəsinə təhvil verilməsi;
  • Məhkəmə müddətində problemli borcalan barəsində aparılan prosesual addımların izlənməsi və portfeldə müvafiq qeydlərin aparılması;
  • Problemli borcalanlarla birbaşa görüşlərin təşkili, girov və biznesin monitorinqin həyata keçirilməsi;
  • Kreditin sağlamlaşdırılması üçün təkliflərin hazırlanması;

Tələblər:

  • Maliyyə, menecment, iqtisadiyyat və ya hüquq istiqaməti üzrə ali təhsilinin olması;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Tələbkar, obyektiv, məsuliyyətli, çevik olmalı; 
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Stress altında işləmək və çətin vəziyyətlərin həlli yollarının müəyyən etmək qabiliyyəti.

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə); 

Nahar 13:00-dan 14:00-dək

Əlaqə nömrəsi +994555004782

CV-lər göndərilərkən e-mailin mövzu hissəsində vəzifə adı qeyd edilməlidir.