Filial müdiri

  • PSG Finans BOKT
  • Elanın qoyulma tarixi: 16.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələr:

  • Filialda kredit işçilərinin fəaliyyətinə, həmçinin onların nəzərdə tutulan və ya verilmiş kreditlərinə nəzarət edilməsi;
  • Yeni kredit təklifləri ilə bağlı təşəbbüskarlığın göstərilməsi;
  • Verilmiş kreditlərin izlənilməsi və vaxtında ödənişlərin təmin edilməsi;
  • Mövcud məlumat bazası əsasında gecikdirilmiş ödənişlər, borclar və borcların alınması müddətləri haqqında mütəmadi məlumat verilməsi;
  • Kredit portfelinin keyfiyyətinin qorunmasına nəzarət edilməsi;
  • Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
  • Filial üzrə aparılan kreditvermə prosesi zamanı hədəflərə nail olmaq üçün Baş Ofisdən lazımi və zamanında dəstək göstərilməsini təmin etmək;
  • Filialın imicinin və ona olan inamın artırılması istiqamətində əməli işlər həyata keçirmək;
  • Filialın  müştəri bazasının genişləndirilməsi üçün  yeni müştərilər cəlb etmək, müştərilərə yüksək səviyyəli  xidmətlərin göstərilməsini təşkil etmək,
  • Filiallara etibar edilmiş maddi qiymətlilərin  mühafizəsi üçün bütün zəruri tədbirləri görmək və s.
  • Tabeçiliyində olacaq əməkdaş(lar)ın effektivliyinin, peşəkarlıq və bilik səviyyəsinin yüksəldilməsi üçün çalışmaq
  • Müştərilərdə bağlılıq yaratmaq,rəqiblərin vəziyyətini və bazar paylarını analiz etmək
  • Filialın balansında olan maddi əşyaların, o cümlədən avadanlıqların, invertarların hərəkəti və istismarına nəzarəti həyata keçirmək

Namizədə olan tələblər:

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Ali təhsil
  • İdarəetmə və liderlik qabiliyyəti;
  • Strateji və analitik düşünmə qabiliyyəti;
  • Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;
  • Qüsursuz vətəndaş olmalı (ictimai mövqeyinə görə vicdanlı, şəxsi, mənəvi keyfiyyətlər);
  • Məsuliyyətli və dəqiq;
  • Təşkilatçılıq, ruhlandırma və təşəbbüskarlıq qabiliyyəti.

Əlaqə nömrəsi +994555004782

CV-lər göndərilərkən e-mailin mövzu hissəsində vəzifə adı qeyd edilməlidir.