İşin təsviri
Təsvir:
- Təşkilatın korporativ hüquq sisteminin qurulmasında və idarə edilməsində iştirak etmək;
- Təşkilatın bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
- Təşkilatın daxili siyasət, qayda və prosedurlarının hazırlanmasında birbaşa iştirak etmək;
- Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
- Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
- Müqavilələrin və digər hüquqi sənədlərin təftişi, tərtibatı və rəsmiləşdirməsinə nəzarət edilməsi
- Qanunvericilikdə baş vermiş dəyişiklər barədə əməkdaşların və şirkət rəhbərliyin məlumatlandırılması
- Məhkəmələrdə, digər dövlət orqanlarında şirkətin təmsil edilməsi
Tələblər:
- Ali hüquq təhsilli olmalı;
- Müvafiq sahə üzrə 2 ilə qədər iş təcrübəsi olmalı;
- Mülki, mülki-prosessual, icra haqqında və kredit haqqında qanunvericiliyi bilməli;
- Nitq və yazışma qabiliyyəti;
- Məntiqi və hüquqi analiz qabiliyyəti yüksək olmalı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Hüquqşunas” şəklində qeyd etməklə 16 İyul 2024-cü il tarixinədək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.