PSG Finans BOKT


Əsası 2013-cü ildə (19 avqust 2013-cü il tarixli, № 2002715951) qoyulmuş “PSG Finans” –  Azərbaycan Respublikasının qanunverilcliyi ilə müəyyən edilmiş qaydada genişmiqyaslı xidmətlər götərən maliyyə qurumudur. “PSG Finans” BOKT MMC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş BKT-18 saylı lisenziya əsasında fəaliyyət göstərir. Hazırda Bakı şəhərində yerləşən baş ofis və Quba rayonundakı bir filial ilə fəaliyyət göstərən təşkilatımız sahibkarlığa dəstəyi daim diqqət mərkəzində saxlayır və bu istiqamətdə bütün zəruri tədbirləri həyata keçirməkdədir.

  • Missiyamız

Bizim  məqsədimiz Azərbaycan Respublikasının qanunverilcliyi ilə müəyyən edilmiş qaydada az gəlirli şəxslər, məcburi köçkün, qaçqınlara, demobilizə olan və müharibədən zərər çəkən şəxslərə, sahibkarlara, fiziki və hüquqi şəxslərə, o cümlədən az təminatlı icmaların ümumi rifah halının yaxşılaşdırılmasına çalışan maliyyə instututlarına maliyyə xidmətləri götərməkdir. “PSG Finans” müştərilərlə qarşılıqlı əlaqələrə xüsusi önəm verir. Təşkilatımız öz müştərilərinə müxtəlif  növ kreditlərin verilməsi xidmətini göstərir və zamanla bu xidmətlərin siyahısını genişləndirməyi qarşısına məqsəd qoymuşdur.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?