Baş mühasib

  • One Construction
  • Elanın qoyulma tarixi: 12.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında düzgün əks etdirilməsini, ona nəzarəti, maliyyə hesabatlarının tərtib və təqdim edilməsi, mühasibat uçotu və hesabatının məlumatları üzrə müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin etmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təmin etmək;
  • Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibi, əmək haqqının ödənilməsi hesabları, dövlət büdcəsinə ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri, banklara ssudalar üzrə borcların qoyulan vaxt ərzində verilməsi, tələbat fonduna və digər ehtiyat fondlarına ayırmaları tərtib etmək;
  • İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət etmək;
  • Pul vəsaitləri və mal-material qiymətlilərinin çatışmazlıqları və mənimsənilməsi haqqında sənədlərin tərtibində iştirak edir. Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görmək.
  •  Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi, maqistr dərəcəsi üstünlük hesab edilir) ;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 5 ildən az olmayaraq iş stajı;
  • Dil bilikləri: Azərbaycan və rus dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
  • Kompüter bacarıqları: MS Office proqramlarını və 1C proqramını yüksək səviyyədə bilməli;
  • Peşəkar Mühasib Sertifikatının, Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu; 
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Güclü analitik bacarıqlar;
  • Yüksək idarəetmə qabiliyyətləri, məsuliyyətli, təşkilatçılıq, müstəqil işləmək bacarığı.

İş şəraiti:

  • İş yeri: Sabunçu rayonu, Nardaran qəsəbəsi, Sea Breeze Resort&Residences;
  • İş rejimi: 6 günlük;
  • Nəqliyyat servizi və korporativ nömrə ilə təmin olunma;
  • Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu “Baş mühasib” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: CV-lərin qəbulu üçün son tarix 12 fevral 2024-cü il tarixidir. Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq. 

One Construction tərəfindən digər vakansiyalar