Mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu aparmaq;
  • Vergi, DSMF və digər dövlət organlarına aylıq/rüblük/illik (ƏDV, əmlak,statistika və s.) hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi;
  • Şirkətin fəaliyyəti ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş zəruri sənədlərin, hesabatların tərtibatı və vergi orqanlarına təqdim etmək;
  • Aylıq əmək haqqlarının hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
  • Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
  • DSMF tərəfindən ödənişlərin vaxtında həyata keçirilmə məqsədi ilə elektron portalda xəstəlik vərəqələrinin, sosial məzuniyyətlərin, birdəfəlik ödənişlərin rəsmləşdirilməsi; 
  • Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;
  • Debitor və kreditor borclara nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
  • İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təmin etmək;
  • Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların vaxtında və düzgün ödənilməsini;
  • Bütün növ mühasibat əməliyyatlarının 1C 8.3 ERP  mühasibatlıq proqramına daxil edilməsi
  • Sənədlərin, hesabatların qanunvericiliyin tələblərinə uygun formada və vaxtında düzgün şəkildə tərtib edilməsi;
  • Mal - material uçotu, anbar qalığı, dövri inventarizasiyanın aparılması.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı;
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti, rus dili - arzuolunandır.
  • Kompüter bacarıqları: MS Office proqramlarını və 1C proqramını yüksək səviyyədə bilməli;

İş şəraiti:

  • İş yeri: Sabunçu rayonu, Nardaran qəsəbəsi, Sea Breeze Resort;
  • İş rejimi: 5 günlük;
  • Nəqliyyat servizi və korporativ nömrə ilə təmin olunma;
  • Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu “Mühasib” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: CV-lərin qəbulu üçün son tarix 22 aprel 2024-cü il tarixidir. Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə telefon vasitəsilə əlaqə saxlanılacaq.

One Construction tərəfindən digər vakansiyalar