İcraçı direktor

  • One Construction
  • Elanın qoyulma tarixi: 26.04.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin fəaliyyətinin idarə edilməsi;
  • Onun siyasət və planını müəyyənləşdirilməsi və formalaşdırılması;
  • Ümumi fəaliyyətin istiqamətləndirilməsi və əlaqələndirilməsi; 
  • Səlahiyyətə müvafiq olaraq qərarların qəbul edilməsi;
  •  Müəssisənin digər müəssisə və qurumlarla əlaqələrində iştirak edir;
  • Şöbə və bölmələrin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı münasibətinin təşkil edilməsi;
  • Onların inkişafı və təkmilləşdirilməsi sahəsində fəaliyyətlərini istiqamətləndirilməsi;
  • Cəmiyyətin ixtisaslı kadrlarla təmin edilməsi, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılması, ətraf mühitin qorunması üzrə qanunçuluq tələblərinə riayət olunmasına şərait yaradılması;
  • İnvestisiya proseslərinin, digər sahələrdə birlikdə tikinti kompleksinin, təhsil, səhiyyə, mənzil, kommunal, mədəni-məişət təyinatlı sahələrin bazasının istehsal gücünün işə sapınmasına dair tapşırıqları yerinə yetirilməsi;
  • Mütərəqqi texnologiyanın, avadanlıqların, materialların və konstruksiyaların, istehsalatın, əməyin və idarəetmənin təşkilinin qabaqcıl metodlarının geniş tətbiqi əsasında tikinti təşkilatlarının layihə-smeta sənədləri ilə təmin olunmasını təşkil edilməsi;
  • Kapital (əsaslı) qoyuluşunun səmərəliliyinin yüksəldilməsində və investisiya dövriyyəsinin azaldılmasında iştirak edir; 
  • Mövcud ümumdövlət təchizat və təminat sistemini nəzərə almaqla, obyektlərin tikintisinin texnoloji, elektrotexniki, enerjetik avadanlıqlar və aparatlarla təmin olunmasını təşkil edir; 
  • Təsdiq olunmuş layihə-smeta sənədlərinə müvafiq obyektlərin tikintisinin gedişinə və yerinə yetirilən işlərin keyfiyyətinə nəzarəti və texniki nəzarəti həyata keçirilməsi;
  •  Podrat təşkilatların menecer üsulu və ya tenderlərin keçirilməsi yolu ilə tikintiyə cəlb olunmasını təşkil edir; 
  • Perspektiv və illik əsaslı tikinti planlarının işlənməsində iştirak edir, onların qəbul olunmuş qaydada razılaşdırılmasını təmin edir;
  •  Tikintilərin titul siyahılarının qəbul olunmuş qaydada işlənməsində iştirak edir; 
  • Gələcək işlərin tikintisi üçük layihə-smeta axtarış işlərinin planlarının formalaşdırılmasının həyata keçirilməsi. 

Bilməlidir:

  • Tikintinin iqtisadi və sosial inkişaf istiqamətlərini müəyyən edən dövlət qərar və qətnamələrini; 
  • İnvestisiya qanunlarını; 
  • Tikinti təşkilatının fəaliyyətinə dair müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini, digər rəhbəredici və normativ sənədləri, sahənin və təşkilatın texniki və iqtisadi inkişaf perspektivlərini;
  • Tikinti istehsalının texnologiyasını, podrat müqavilələrin bağlanması və icrası qaydalarını;
  • Təşkilatın istehsal-təsərrüfat və maliyyə fəaliyyətinin planlarının işlənməsi və təsdiqi qaydalarını;
  • İstehsalatın, əməyin, idarəetmənin təşkilini və iqtisadiyyatını, tikinti istehsalının texnologiyasını, təşkilini və idarəetmə sahəsində elm və texnikanın nailiyyətlərini, qabaqcıl milli və beynəlxalq təcrübəni;
  • Əmək qanunvericiliyinin əsaslarını; əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğına qarşı mühafizə, istehsalat sanitariyasının norma və qaydalarını.

Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:

  • Cins: kişi
  • Yaş həddi: 40 – 55;
  • Təhsil: Ali (İqtisadi, Hüquq və/və ya əlaqəli sahələrdə bakalavr dərəcəsi, maqistr dərəcəsi üstünlük hesab edilir)
  • İş təcrübəsi: Tikinti sahəsində ümumi olaraq 5 ildən yuxarı, rəhbər kimi isə 3 ildən yuxarı iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan və rus dillərində mükəmməl danışıq və yazı qabiliyyəti.
  • Kompüter bacarıqları: MS Office proqramlarını yüksək səviyyədə bilməli, AutoCAD bilikləri;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları
  • Güclü analitik bacarıqlar və biznes analizi qabiliyyəti;
  • Yüksək idarəetmə qabiliyyətləri, məsuliyyətli, təşkilatçılıq, müstəqil işləmək bacarığı.

İş şəraiti:

  • İş yeri: Sabunçu rayonu, Nardaran qəsəbəsi, Sea Breeze Resort&Residences;
  • İş rejimi: 6 günlük;
  • Qidalanma, nəqliyyat servisi və korporativ nömrə ilə təmin olunma;
  • Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu “İcraçı direktor” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: CV-lərin qəbulu üçün son tarix 26 may 2023-cü il tarixidir. Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq. 

Email:  [email protected]

 

One Construction tərəfindən digər vakansiyalar