İnsan resursları üzrə mütəxəssis

  • One Construction
  • Elanın qoyulma tarixi: 20.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Cəmiyyətin məqsədlərinə və strateji inkişaf tələblərinə uyğun olaraq, insan resurslarının planlaşdırılmasının təminatında iştirak edir;
  • Cəmiyyətə kadrların cəlb edilməsi, seçilməsi, işə qəbulu və işdən azad edilməsi üzrə prosedurları həyata keçirir;
  • Tələb edilən meyarlar əsasında işçilər haqqında məlumat bazasını formalaşdırır;
  • Bütün mövcud vəzifələr üzrə vəzifə təlimatlarının işlənib hazırlanmasında iştirak edir;
  • Şöbənin səlahiyyətlərinə dair məsələlər üzrə Cəmiyyətə daxil olan müraciətlərə baxır;
  • İşə qəbul üzrə müsabiqələrin təşkili, ilkin seçim və müsahibələrin keçirilməsi üzrə işlər görür;
  • Qanunvericiliyə müvafiq olaraq işçilərin işə qəbulunu, başqa işə keçirilmələrini, işdən azad olunmalarını və bütün növ məzuniyyətlərini rəsmiləşdirir və həyata keçirir; 
  • İR əməliyyatlarının vaxtında elektron portallarda qeydlərin aparılmasını təmini;
  • Öz səlahiyyətləri daxilində Cəmiyyətin əməkdaşlarına müvafiq arayışlar verir; 
  • İşçilərin mükafatlandırılması, habelə maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materiallar hazırlayır;
  • Tabel uçotu və əmək məzuniyyətinə çıxma qrafikini hazırlayır, təsdiq edilmiş qrafikə  uyğun olaraq məzuniyyətləri rəsmiləşdirir; 
  • Əmək kitabçalarının qəbulu, doldurulması, saxlanılması və yeni əmək kitabçalarının açılmasını təmin edr.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • Təhsil: Ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 2 ildən az olmayaraq iş stajı;
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti, rus dili - üstünlükdür.
  • Kompüter bacarıqları: MS Office proqramlarını (Outlook, Word, Excel) və 1C proqramını yüksək səviyyədə bilməli;

İş şəraiti:

  • İş yeri: Sabunçu rayonu, Nardaran qəsəbəsi, Sea Breeze Resort;
  • İş rejimi: 5 günlük;
  • Nəqliyyat servizi və korporativ nömrə ilə təmin olunma;
  • Əmək haqqı: namizədin təcrübə, bilik və bacarıqları əsasında təyin edilir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu “İnsan resursları üzrə mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Qeyd: CV-lərin qəbulu üçün son tarix 10 mart 2024-cü il tarixidir. Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.                    

One Construction tərəfindən digər vakansiyalar