Motion dizayner

  • Resant Group
  • Elanın qoyulma tarixi: 09.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Çörəyi Adobe After Effects-dən çıxan”, restoranlar üçün kontent hazırlayacaq zövqlü motion qrafika dizayneri axtarırıq. Komanda üzvlərimiz ünsiyyəti, yumoru, musiqini çox sevən, fərqli məkanlar üçün fərqli video-çarxlar hazırlayan bir həmkar axtarır. 

Vəzifə öhdəliyi: 

  • Kampaniyaların, sosial media paylaşımlarının və digər məzmunların hərəkətli vizuala salınması
  • Motion design üçün audio, video, rənglər, animasiyalar və s. seçilməsi
  • Motion design animasiyalarını təkmilləşdirmək, videonun redaktəsi
  • Restoranlarda çəkilmiş hazır kadrlara effektlərin/elementlərin əlavə edilməsi
  • Son dizayn trendləri ilə işləmək və adaptasiya olmaq
  • Loqolara, statik elementlərə 3D effektinin verilməsi
  • Audio və video montaj
  • Sosial media platformaları və onların dəyişkən tələbləri ilə bağlı məlumatlanmaq

Namizəd üçün tələblər:

  • Azı 1 il təcrübə.
  • 22-35 yaş aralığı;
  • Çevik və sürətli işləmə bacarığı;
  • Yaradıcı düşüncəyə malik olmaq;
  • Təşəbbüskarlıq və çeviklik;
  • Məsuliyyətlilik və stresə davamlılıq;
  • Komandada işləmə bacarığı.
  • “Adobe Premiere”, “Adobe After Effects” proqramlarında işləmə bacarığı
  • Rus yaxud ingilis dillərindən birini bilmək üstünlükdür. 

Xüsusi tələb:

  • Namizəddən CV ilə bərabər öz portfoliosunu da göndərməsi lazımdır

İş şəraiti:

  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcək 
  • Davamlı inkişaf perspektivi, böyük və kollektivdə iş. 
  • İş qrafiki: həftədə 5 gün

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Motion Dizayner” qeyd edərək CV formasını elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

İşəgötürənin reytinqi