İşin təsviri
Əsas tələblər:
- Ali Təhsilli; Marketinq və ya İqtisadiyyat sahəsində
- Müştəri Xidmətləri sahəsində (şikayətlərin həlli, problemli müştərilərlə iş sahəsinə üstünlük verilir) minimum 2 il əmək stajına malik olmalı;
- Azərbaycan dilini mükəmməl bilməli,
- Müştəri şikayətlərini anlamaq və müştərilər üçün effektiv xidmətlər təklif etmək bacarığı.
- Peşəkar ünsiyyət psixologiyasını bilməli;
- Stressə davamlı olmalı;
- Müştərini diqqət mərkəzində saxlamalı;
- Müxtəlif növ hesabatların fərqli formatlarda təqdim etmə bacarığına malik olmalı;
- Müştərilərin müraciətlərinin həll olunmasına təşəbbüs göstərməli;
- Şikayət və Müraciətlərə aid olan sənədləri tərtib etmə bacarığına malik olmalı;
- Kompyuter bilikləri üzrə: MS Office və Outlook proqramlarını mükəmməl bilməli;
- Zamanı effektiv şəkildə idarə etmək bacarığı.
Fərdi keyfiyyət göstəriciləri:
- İşdə dəqiqlik və detallara diqqətlilik;
- Analitik və strateji düşünmə qabiliyyəti;
- Problem həlletmə
- Təqdimat bacarığı;
- Məsuliyyətlilik;
- Ünsiyyətlilik;
- Komandada işləmək bacarığı.
Digər tələb və üstünlük göstəriciləri:
- Rus və ya ingilis dili biliyi;
İş barədə:
- Müştəri əlaqələrinin idarə olunması;
- Müştərilərdən gələn şikayətləri effektiv şəkildə qəbul etmək və dəyərləndirmə;
- Şikayətləri detallı şəkildə qeyd etmək və müştərilərə mümkün qısa müddət ərzində cavab vermək;
- Şikayətləri təhlil etmək və səbəblərini müəyyənləşdirmək;
- Əlaqəli bölmələrlə əməkdaşlıq edərək şikayətləri həll etmək;
- Şikayətlərin və həll proseslərinin raporlarını hazırlamaq;
- Performans göstəricilərini izləmək və sürekli təkmilləşdirmək;
- Şirkətin müştəri şikayətlərinin idarəedilməsi, siyasət və prosedurlarının hazırlanması və yeniləməsində iştirak etmək.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Yemək şirkət tərəfindən;
- Şirkət nömrəsi və danışıq paketi.
İş yeri: Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı)
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Şikayət və müraciətlər üzrə mütəxəssis” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur.