Marketinq şöbəsinin müdiri

  • Təmiz Şəhər
  • Elanın qoyulma tarixi: 20.12.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Təkrar emala yararlı tullantıların çeşidlənməsi və satışı üzrə perspektiv və cari planların hazırlanması, yeni bazarların və məhsulların yeni istehlakçılarının müəyyən edilməsi. 
  • Təkrar emala yararlı xammal haqqında istehlakçı rəyinin öyrənilməsi, onun məhsulların satışına təsirini və onun rəqabət qabiliyyətinin və keyfiyyətinin yüksəldilməsi üçün təkliflərin hazırlanması. 
  • Potensial göstəricilərin məlumatlandırılması və satış bazarlarının genişləndirilməsi üçün sənaye sərgilərində, yarmarkalarda, satış sərgilərində iştirakdan istifadə etməklə tanıtım tədbirlərinin keçirilməsi strategiyasının işlənib hazırlanması.
  • Müştəri bazasının genişləndirilməsi və yeni müştərilərin cəlb olunması.
  • Marketinq tədqiqatlarının təşkili və aparılması.
  • Marketinq fəaliyyətinin və tədqiqatlarının həyata keçirilməsi üçün zəruri olan informasiyanın toplanması.
  • Müştəri məmnuniyyətini təmin etmək məqsədilə qarşı tərəflə əlaqələri mütəmadi təhlil etməklə, zəruri tədbirlərin görülməsi.
  • Təkrar emalla bağlı daxil olmuş rəsmi müştəri müraciətlərinin (məktub və korporativ email vasitəsi ilə daxil olmuş) araşdırılması, sorğuların göndərilməsi, lazımi sənədlərin tələb edilməsi.
  • Mübahisəli məsələlərin araşdırılması, onların həll edilməsi üçün danışıqların aparılması.
  • Müştərilərlə bağlı işgüzar danışıqların aparılmasını, potensial müştərilərin müəyyənləşdirilməsi, rəqiblərin araşdırılması və müvafiq təkliflərin hazırlanması. 
  • Bazarda təkrar emala yararlı xammalın satışı və alışı üzrə qiymətlərin analizi və optimal qiymətlərin müəyyən edilməsi.
  • Çeşidlənmiş təkrar emala yararlı tullantılara tətbiq olunacaq itki faizinin müəyyənləşdirilməsi.
  • İstehlak keyfiyyətlərinin yaxşılaşdırılması və satışın stimullaşdırılması məqsədilə məhsulların texniki, iqtisadi və digər xüsusiyyətlərinin dəyişdirilməsi üzrə təklif və tövsiyələrin hazırlanması.

Namizədə olan tələblər:

  • Marketinq sahəsi üzrə ali təhsil
  • Marketinq sahəsində ən azı 5 il iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan dili, İngilis dili və Rus dili səlis
  • MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
  • Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı
  • Kommunikasiya və idarəetmə bacarıqlarına sahib olmalı
  • Analitik düşüncə, analiz və təhlil etmə qabiliyyəti.
  • Əsaslandırma, problemin həllinə yönəlmə və fikir mübadiləsi bacarıqları
  • Marketinq sahəsi üzrə beynəlxalq sertifikatların olması üstünlükdür.

İş şəraiti:

  • Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • Gündəlik tam iş günü rejimi

Tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.

Müraciətin mövzu hissəsində “Marketinq şöbəsinin müdiri” qeyd etməyiniz xahiş olunur.

Təmiz Şəhər tərəfindən digər vakansiyalar