İşin təsviri
Vəzifə öhdəlikləri:
- Telefon zəngləri, e-poçt və məktubların cavablandırılması, məlumatların qeydə alınması, şirkətin rəhbərliyinə və əməkdaşlara yönləndirilməsi;
- Görüşlərin planlaşdırılması və təqvimlərin idarə edilməsi;
- Görüşlərdə dəqiq və hərtərəfli qeydlərin aparılması;
- Gündəlik vaxtın idarə edilməsində kömək edilməsi, mühüm tapşırıqları və son tarixləri, qeydləri rəhbərə xatırlatmaq;
- Fayllar və sənədlərin effektiv təhvil verilməsini təmin etmək;
- Korporativ yazışma və işgüzar danışıqların aparılması;
- Rəhbərlik tərəfindən vəzifə funksiyaları ilə əlaqəli verilən tapşırıqlarının yerinə yetirilməsi;
Namizədə olan tələblər:
- Ali təhsil (İdarəetmə, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə arzuolunandır);
- Azərbaycan və ingilis dillərində səlis danışıq qabiliyyəti
- MS Office (Word, Excel yüksək səviyyədə) proqramları
- Güclü vaxt idarəetmə və təşkilatçılıq bacarıqları
- Nizam-intizamlı, məsuliyyətli, operativ, yüksək araşdırma qabiliyyəti, problemin həllinə proaktiv yanaşma
İş şəraiti:
- Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Gündəlik tam iş günü rejimi
Tələblərə cavab verən namizədlər öz CV-lərini elektron poçt ünvanına göndərə bilərlər.
Müraciətin mövzu hissəsində “Direktor köməkçisi” qeyd etməyiniz xahiş olunur.