Kiçik auditor

  • Təmiz Şəhər
  • Elanın qoyulma tarixi: 19.06.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Audit fəaliyyət planına uyğun olaraq audit yoxlamalarında iştirak edir;
  • Qarşıya qoyulmuş vəzifələri tələb olunan müddət və keyfiyyət ilə həyata keçirir;
  • Biznes proseslərin daxili qayda, prosedur və qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsini müəyyən edir;
  • Nəzarət mexanizmlərində mövcud olan boşluqları müəyyən edir və tapıntılar üzrə təsdiq edici sənədləri təmin edir;
  • Müəyyən olunan daxili nəzarət uyğunsuzluqları və risklər barədə rəhbərinə şifahi və ya yazılı məlumat verir;
  • Audit yoxlamalarının nəticələrini sənədləşdirir;
  • Auditin nəticələrinə dair hesabat hazırlanmasında iştirak edir;
  • Yekunlaşmış daxili audit yoxlamaları üzrə tədbirlər planının monitorinq edilməsində iştirak edir;

Tələblər: 

  • Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat ixtisasları üzrə);
  • Audit, mühasibatlıq, əməliyyatlar, biznes analizi sahələrində ən azı 1 il iş təcrübəsi;
  • ACCA üzrə sertifikatları olanlara ustünlük veriləcək;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Komanda yoldaşları və digər işçi heyəti ilə effektiv fəaliyyət göstərmək bacarığı;
  • MS Office proqramlarını bilməsi (MS Excel və Power BI proqramlarını yüksək səviyyədə bilənlərə üstünlük veriləcək);
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (orta), Rus dili (arzuolunandır);
  • Dəqiqlik, detallara fikir vermək, konfidensial ola bilmək;
  • Ölkədaxili ezamiyyət etmək imkanı;

İş şəraiti:

  • Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş qrafiki: 5 günlük, 09:00-18:00

Tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.

Müraciətin mövzu hissəsində “Kiçik auditor” qeyd etməyiniz xahiş olunur. 

Təmiz Şəhər tərəfindən digər vakansiyalar