Təchizat zəncirinin idarəolunması şöbəsinin müdiri

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şöbənin fəaliyyətini təşkil etmək, iş bölgüsü aparmaq və ona rəhbərlik etmək;
  • Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər bu kimi sənədləri təsdiq etmək, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə nəzarət etmək;
  • Qanunvericiliyə, şirkətin siyasət və prosedurlarına uyğun olaraq, müvafiq mal və xidmətləri satın almaq məqsədi ilə seçimləri müəyyən etmək, qiymətləndirmək və təyin etmək üçün bazarı araşdırmaq;
  • Prosedurlar, normalar və təlimatlara uyğun olaraq təchizat prosesi üçün risk qiymətləndirməsi aparmaq;
  • Texniki tələblərə uyğun olaraq təchizatçıların və ya xidmət təminatçılarının təkliflərini qiymətləndirmək üçün proses və meyarlar müəyyən etmək, tender qiymətləndirmə planında qeydlər aparmaq;
  • Qanunvericiliyə, şirkətin siyasət və prosedurlarına uyğun olaraq, təchizat prosesini və müqavilə razılaşmalarını idarə etmək üçün təchizat planı hazırlamaq;
  • Potensial təchizatçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətləri, texniki şərtləri və çatdırılma tarixlərini müqayisə etmək;
  • Mal və ya xidmətlərin təchizat tələblərinə və arzu edilən keyfiyyət şərtlərinə uyğun gəlməsini həyata keçirtmək;
  • Alınan mal və xidmətlərin müqavilə şərtlərinə və tələb olunan nəticələrə uyğunluğunu təmin etmək;
  • Cəmiyyətin prosedur qaydalarına uyğun olaraq, ödəniş üçün hesabları emal etmək;
  • Sifarişçisi olduğu proseslərlə əlaqədar ödəniş sənədlərinin hazırlanmasını, imzalanmasını və təsdiq edilməsini təmin etmək;
  • Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasını təmin etmək;
  • Müvafiq dövrlər üzrə şöbənin fəaliyyəti ilə bağlı hesabatlar hazırlanmasına rəhbərlik etmək;

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Ən azı 7 il ümumi təcrübə, 5 il idarəetmə təcrübəsi;
  • Müvafiq qanunvericilik aktları və normalarını;
  • Dövlət Satınalmaları üzrə müvafiq İcra Hakimiyyəti orqanının göstərişləri, qərarları və təlimatlarının tələbləri haqqında əla səviyyədə biliklər;
  • Əla səviyyədə Azərbaycan dili və İngilis dili biliyi, yaxşı səviyyədə Rus dili;
  • MS Office proqramları üzrə yaxşı səviyyədə biliklər

Digər məlumatlar:

İş yeri: Bakı şəhəri, Mikayıl Müşfiq 2H

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Təchizat zəncirinin idarəolunması şöbəsinin müdiri” qeyd etməklə və minimum əməkhaqqı tələbini göstərməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.