Daşkəsən Dəmir Filiz MMC


Daşkəsən rayonunda yerləşən, regionun ən nəhəng dəmir filizi yataqları kompleksi olan “Daşkəsən” dəmir filizi sahəsində hasilat işlərinə SSRİ dönəmində başlanılıb. Bu məqsədlə 1945-ci ildə “Daşkəsən Filiz İdarəsi” yaradılıb. İdarə yaradıldıqdan 9 il sonra dəmir filizi konsentratının istehsalına start verilib. Müəssisə müxtəlif illərdə fərqli adlarla, müxtəlif qurum və strukturların tabeliyində müəyyən fasilələrlə işləyib.

“Daşkəsən” dəmir filizi sahəsi 1954-cü ildən 1994-cü ilə qədər intensiv olaraq istismar edilib. Bu müddət ərzində sahədən çıxarılmış dəmir filizi ehtiyatlarının miqdarı 92 milyon ton təşkil edib. 1994-cü ildən 1997-ci ilədək yataqda istismar işləri müəyyən fasilələrlə qismən aparılıb. 

“Daşkəsən” dəmir filizi sahəsində 6 yataq mövcuddur: “Şimal-şərq”, “Şimal-qərb”, “Cənub-şərq”, “Cənub-qərb”, “Dəmirov”, “Dardərə”.

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?