Bakı Əlaqə Mərkəzi Təmsilçisi (ştatdankənar)

  • Azercell
  • Elanın qoyulma tarixi: 27.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azercell Ailəsinə qatılmağa dəvət edirik.

Peşəkar komandamıza qoşulun və yaradıcı, dinamik, korporativ mədəniyyət üçün fərqli imkanlardan zövq alın. Əminik ki, şərtlərimiz və rahat iş mühiti komandamızın ayrılmaz bir hissəsi olmağınıza imkan yaradacaq. 

İş qrafiki:  Keçici növbəli (səhər, günorta, axşam və gecə növbələri)

Əsas Öhdəlikər:

  • Abunəçilərdən gələn telefon sorğularının cavablandırılması və müvafiq əməliyyatların aparılması.
  • Abunəçilərdən gələn istək və şikayətlərin qəbulu və sistemdə qeyd olunması.
  • Müştərilərə xidmət və məhsullar haqda məlumatın verilməsi.
  • Bütün abunəçilərə özəl yanaşma və təmkinli davranış

Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:

  • Azərbaycan, Rus dilləri - səlis, İnglis dili - yüksək səviyyədə;

Kompüter bilikləri: 

  • MS Office proqramları
  • Ali təhsil 
  • Müştəri xidmətləri sahəsində iş təcrübəsinə üstünlük verilir

Tələb Olunan Yetkinliklər:

  • Yüksək ünsiyyət və komandada işləmək bacarıqları
  • Stressə davamlılıq və pozitiv münasibət
  • Yenilikçilik 

Sizin Müraciətiniz:

  • Xahiş edirik ki, ərizənizi səhifənin sağ tərəfində qeyd olunan tarixdən gec olmayaraq göndərəsiniz.

İşə Qəbul Prosesi:

  • CV yoxlanışı
  • Qiymətləndirmə Mərkəzi – müvafiq tapşırıqlar
  • Yetkinliklər əsasında müsahibə/Funksional Biliklər əsasında müsahibə

Qeyd:

  • Bu vakansiya üçün yalnız Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.
  • Bütün müraciətlər səhifənin yuxarısında yerləşən “MÜRACİƏT ET” düyməsini basmaqla göndərilməlidir.
  • Müraciətiniz “Azercell Telekom” MMC-nin “İstedadların İdarə Edilməsi və Biznes Partnyorluğu” şöbəsinin mütəxəssisi tərəfindən təhlil edilərək nəzərdən keçiriləcək.
  • Müraciətinizi səhifədə qeyd olunan tarixdən gec olmayaraq göndərməyinizi xahiş edirik. Seçim prosesi müraciətin bitmə tarixindən dərhal sonra başlayacaq

Son müraciət tarixi: 8 Dekabrt 2023.