Çağrı mərkəzi və onlayn əməliyyatlar üzrə operator (part-time)

  • Libraff
  • Elanın qoyulma tarixi: 16.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifənin rolu:  şirkətin çağrı mərkəzinə daxil olan zənglərə və sorğulara cavab vermək, onlayn sifarişləri qəbul edib çatdırılma prosesini təşkil etmək.

İş qrafiki: yarımgün (part-time) - 09:00-13:30\13:30-18:00 

İstirahət günü: 1 gün

Vəzifə öhdəlikləri:

  • Çağrı mərkəzinə daxil olan bütün zənglərin cavablandırılması;
  • wapp və e-mail ünvanına daxil olan soğuların cavablandırması;
  • Təklif, sorğu və şikayətlərin araşdırılması və müvafiq şöbələrə - mağazalara yönləndirilməsi;
  • Sayt üzərindən və digər onlayn platformalardan daxil olan onlayn sifarişləri qəbul etdikdən sonra ERP-də sənədlərinin hazırlanması;
  • Kuryerlərin qrafikinə uyğun Panel-də sifarişlərin yaradılması;
  • Sənədlərin aidiyyatı mağazalara göndərilməsi;
  • Sifariş və çatdırılma prosesinə sona qədər nəzarət edilməsi;
  • Müştəri anketlərinin sistemdə qeydiyyatdan keçirilməsi və s.

Əsas tələblər:

  • Oxşar sahədə azı 6 aylıq iş təcrübəsi;
  • Azərbaycan və rus dillərində mükəmməl ünsiyyət qurmaq bacarığı üstünlükdür;
  • MS Office proqramları ilə praktiki təcrübə üstünlükdür;
  • ERP sistemində iş təcrübəsi üstünlükdür;
  • Detallara qarşı diqqətli olmaq;
  • Müştəriyönümlülük;
  • Cəld, problemləri vaxtında həll etməyi bacarmaq;
  • Yaxşı təşkilatçılıq və vaxtı idarə etmək bacarığı.

İş haqqında:

  • Qrafik: həftəlik altı iş günü, istirahət günləri həftənin şənbə və ya bazar günləridir (1 gün),
  • İş yeri: “Pullman” otel, M.Müşfiq küç.1C
  • Sınaq müddətindən sonra şirkətin məhsullarına endirim tətbiq olunur
  • Əmək haqqı: 300-350 AZN+ bonus

Vacib qeyd: mövzu yerində vəzifə adını qeyd etməyi unutmayın.

İşəgötürənin reytinqi