Müştəri məmnuniyyəti üzrə operator (Gəncə)

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 16.11.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Xüsusi tələblər:

  • Müştəriyönümlü olmaq;
  • Şifahi və yazılı olaraq yüksək ünsiyyətqurma bacarığı;
  • Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmaq;
  • Stresə davamlı olmaq;
  • İnkişafa meylli olmaq;
  • Komanda ilə birgə işləmə bacarığı;
  • Problem həll etmə bacarığı;

Vəzifə təlimatı:

  • Müştəri müraciətlərini, şikayət və təkliflərini aidiyyatı üzrə yönləndirmək;
  • Müştəriləri sorğuları üzrə düzgün məlumatlandırmaq;
  • Şirkətin təklif etdiyi xidmətlər barəsində müştəriləri düzgün məlumatlandırmaq;
  • Məhsullar və xidmətlər haqqında müştərilərdən rəsmi və qeyri-rəsmi rəylər toplamaq;
  • Müştərilərin rəyləri haqqında digər müvafiq şəxsləri və əlaqədar şöbəni mütəmadi olaraq xəbərdar etmək;
  • Şirkətin müştəri xidmətləri siyasətini tətbiq etmək;
  • Müştərilərə yüksək səviyyəli xidmət göstərərək müştəri məmnuniyyətinin qorunmasını təmin etmək;
  • Şirkət və müştəri arasındakı qarşılıqlı münasibətlərin müsbət yöndə inkişaf etdirilməsini təmin etmək;

Müvafiq tələblərə uyğun olan namizədlər CV-lərini mövzu hissəsində “Müştəri məmnuniyyəti üzrə operator (Gəncə)” qeyd etməklə elektron ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

İşəgötürənin reytinqi