Müştəri Xidmətləri üzrə Assistent

İşin təsviri

Namizədə olan tələblər:

  • Təhsil: Ali təhsil;
  • Çağrı mərkəzi, müştəri xidmətləri və ya satış sahəsində 1 illik iş təcrübəsi olmalı;
  • Azərbaycan dili səlis, rus dili biliyi arzuolunandır;
  • Müştərilərlə əlaqələrin idarə edilməsi və satış sahəsində sertifikat üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Müştəri müraciətlərinin cavablandırılması və lazımi məlumatların təqdim edilməsi;
  • Müştəri müraciətlərinin müvafiq struktur bölməyə yönləndirilməsi;
  • Satış ilə bağlı müraciətlərin prosedurlara uyğun emal edərək, satış şəbəkəsinə ötürülməsi;
  • Sorğuların keçirilməsində iştirak edilməsi.

İş şərtlərimiz:

  • Əmək haqqı: 500-554 AZN;
  • İş qrafiki: Növbəli;
  • İş yeri: Ziya Bünyadov 1965, Çinar Park Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.   

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Müştəri Xidmətləri üzrə Assistent” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.