Məhsul sahibi

  • PASHA Life
  • Elanın qoyulma tarixi: 27.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • Bank və alternativ satış kanalları vasitəsilə Şirkətin sığorta məhsulllarını satışının inkişaf etdirilməsi, yeni məhsulların, həm də fərqli biznes modellərin tətbiqinin təmin edilməsi
  • Fərqli satış kanalları vasitəsilə müştəri təcrübəsinə əsaslanan rəqabətli və mənfəətli məhsul və xidmətlərin satışı modellərinin sınanması
  • Məsul olduğu biznes sahəsi üzrə hədəf, məqsəd və işlər siyahısının Şirkətin strateji hədəflərinə, gözləntilərinə və təşəbbüslərinə uyğunluğunun təmin edilməsi və komanda üzvləri ilə paylaşılması
  • Məsul olduğu biznes istiqamətlərində biznes proseslərin həm xarici, həm də daxili müştərilərin tələblərinə uyğunluğunun təmin edilməsi
  • Məsul olduğu biznes istiqamətlərində dünya təcrübəsi, uğurlu nümunələr və innovativ yanaşmaların tətbiqinin sınanması
  • Agile prinsiplərinə uyğun olaraq komanda üzvləri və maraqlı tərəflərlə qarşılıqlı faydalı və şəffaf əməkdaşlığın və effektiv fəaliyyətin təmin edilməsi
  • Hər “sprint review”da (baxış sessiyasında) məhsul inkrementinin (nəticəsinin) hazır olmasını qəbul etmək;
  • Sahənin Rüblük Biznes Hesabatının (Quarterly Business Review) hazırlanmasını təmin etmək;
  • Backlog üzrə tələblərin prioritetləşdirilməsini və biznes planın yerinə yetirilməsi məqsədi ilə hər bir sprint üzrə planın qurulmasını təmin etmək;
  • Fəaliyyəti zamanı əməliyyat riski və ya insident aşkar etdikdə, müvafiq daxili normativ sənəədlə müəyyən edilmiş qaydada və müddətdə bu barədə əlaqəli strukturun məlumatlandırılmasını təmin etmək

Namizədə olan tələblər:

  • İş təcrübəsi: Maliyyə, Marketing, Bank, Sığorta, Satış və ya Strategiya sahələri üzrə 2 il iş təcrübəsi 
  • Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
  • Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: orta
  • Kompüter bilikləri: MS Office: əla
  • Texniki bacarıqları: İşgüzarlıq, analitik düşüncə, risklərin idarəolunması, maraqlı tərəflərin idarəolunması, məhsul planlanması, müştəri təcrübəsi, portfelin idarəedilməsi və xərc faydalarının təhlili, məhsul dizaynı və məhsul inkişafı.
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və planlaşdırma. 
  • Liderlik səriştələri: Təsiretmə və vizyonun təmin edilməsi, yönləndirmə və səlahiyyət vermə, nəticələr üçün dəstək və sürət, istedadların müəyyən edilməsi edilməsi və inkişaf etdirilməsi, dəyişikliklərin idarəedilməsi və innovativlik.

İmtiyazlar: Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi