Aparıcı Təchizatçı

  • Araz Supermarket
  • Elanın qoyulma tarixi: 25.10.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil ;
  • Yaxşı səviyyədə MS Office bilikləri ;
  • Dil bilikləri  Azərbaycan (İngilis dili- rus dili biliyi əlavə üstünlükdür);
  • Təchizat sahəsində minimum 3 il iş təcrübəsi ( xüsusəndə FM istiqaməti üzrə);
  • Komanda işi, çeviklik və uyğunlaşma qabiliyyəti, təşəbbüskar, yüksək ünsiyyət bacarığı;
  • CIPS Advanced Certificate və ya CIPS Diploma sertifiikatların mövcudluğu əlavə üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Korporativ sosial məsuliyyəti/davamlılığa təsirin nəzərə alınması ilə yanaşı, ehtiyac və xərclərin effektivliyi üçün tələb edənlərin tələblərini sorğulamaq;
  • Satınalma sifarişlərinin vaxtında icra edilməsi və bütün satınalmaların müvafiq qanun və siyasət qaydalarına uyğun olmasını təmin etmək;
  • Şirkətin mənfəətini yaxşılaşdırmaq üçün xərclərə qənaət strategiyalarına təklif edilməsi və idarə edilməsi ;
  • Fəaliyyəti, missiya ilə bağlı məqsədlər və son tarixlər haqqında hərtərəfli və ətraflı hesabatların yaradılması və paylaşılması;
  • Xidmət müqavilələrində fəaliyyətin qiymətləndirilməsi və standartlaşdırma vasitəsilə tədarükçülərin idarə edilməsi;
  • Müxtəlif təhlillərin aparılması, o cümlədən, lakin bununla məhdudlaşmayaraq, Xərclər/Faydalar analizi, risklərin qiymətləndirilməsi və idarə olunması və s;
  • Sifarişlərin qəbulu, malın çatdırılması, xidmətlərin icrası və tədarükçülərə ödənişlərin icra olunması mərhələlərini əhatə edən satınalma prosesinin tam sənədləşdirilməsini və icrasını təmin etmək;
  • Satınalma sifarişləri üçün ixtisaslı təchizatçıların əvvəlcədən seçilmiş siyahısının hazırlanması və güncəllənməsi;
  • Tender və Təkliflər sorğusu üçün sənədlərin hazırlanması ( Tender və təkliflər sorğusu iştirakçıları üçün təlimatlar, Müqavilə Forması, Ümumi Şərtlər Toplusu, Tender Formalar,Qiymətləndirmə Mexanizmi və s).

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • 5 günlük iş qrafiki;
  • Servis xidməti.

 Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Aparıcı Təchizatçı” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi