Tikintiyə Nəzarət üzrə Layihə Rəhbəri

İşin təsviri

Vəzifə haqqında qısa məlumat
Tikinti layihələrinin planlaşdırılması, icrası və yekunlaşması proseslərinin şirkət standartlarına, normativ tələblərə və təhvil-təslim müddətlərinə uyğun şəkildə həyata keçirilməsinə rəhbərlik edir. Layihə üzrə riskləri idarə edir, resursların optimal istifadəsini təmin edir və podratçıların fəaliyyətinə nəzarət edir.
Əsas vəzifə öhdəlikləri

  • Tikinti layihələrinin planlaşdırılması, iş qrafikinin hazırlanması və icra prosesinin daim nəzarətdə saxlanılması;
  • Tikinti sahəsində aparılan işlərin texniki tələblərə, layihə sənədlərinə və təhlükəsizlik normalarına uyğunluğunun təmin edilməsi;
  • Podratçı və subpodratçılarla işin əlaqələndirilməsi, işlərin vaxtında və keyfiyyətli icra olunmasına nəzarət;
  • Layihəyə dair büdcənin idarə edilməsi, xərclərin təhlili və optimallaşdırılması;
  • Risklərin qiymətləndirilməsi, yaranan problemlərin operativ həll edilməsi və qərarların qəbulunda liderlik etmək;
  • Tikinti işləri üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması;
  • Layihə ilə bağlı bütün tərəflərlə (daxili şöbələr, dövlət qurumları, nəzarət orqanları) effektiv kommunikasiya qurmaq;
  • Layihə üzrə material və avadanlıq tələbatının müəyyənləşdirilməsi və vaxtında təmin olunmasına nəzarət;
  • Tikinti obyektində SƏTƏM qaydalarına riayət olunmasının təmin edilməsi.

Tələblər

  • Ali təhsil (Mühəndislik, İnşaat, Memarlıq və ya əlaqəli sahələr üzrə);
  • Tikinti layihələrinin idarə olunması sahəsində minimum 3–5 il iş təcrübəsi;
  • Tikinti prosesləri, normativ sənədlər və texniki qaydalar üzrə geniş bilik;
  • Layihə idarəetmə metodologiyaları haqqında anlayış (PMP sertifikatı üstünlükdür);
  • AutoCAD, MS Project, Excel və digər layihə idarəetmə proqramlarında yüksək səviyyəli bilik;
  • Güclü analitik düşüncə, risklərin qiymətləndirilməsi və operativ qərarvermə bacarığı;
  • Liderlik, komanda idarəetməsi və kommunikasiya bacarıqları;
  • Vaxtın idarə olunması və işlərin prioritetləşdirilməsi üzrə yüksək səviyyəli bacarıq;
  • Ezamiyyətlərə çıxmaq imkanının olması.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi