Data Analitika üzrə aparıcı məsləhətçi (Proqram təminatı)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqi;
  • Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə işləmək bacarığı;
  • Data modelləşdirmə və statistik metodlardan istifadə etməklə tapşırığa əsasən müvafiq proseslərin əlaqələndirilməsi
  • Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılması;
  • ETL prinsipi əsasında müxtəlif mənbələrindən məlumatları əldə etmək;
  • Biznesin istəklərinə uyğun istifadəsi asan, çox funksiyalı və ya mürəkkəb dashboardların hazırlanması;
  • Data Analitikaya dair bazarda en son tendensiyaları və ən yaxşı təcrübələrdən daim xəbərdar olmaq və iş prosesində tətbiq etmək;
  • CIC-nin informasiya təhlükəsizliyi tələblərinə riayət etmək;
  • İşin keyfiyyətini artırmaq və ya buna kömək olacaq fikirləri irəli sürmək bacarığına malik olmaq;
  • Departament rəhbərinin və menecerinin verdiyi tapşırıqları icra etmək;
  • Menecerin olmadığı təqdirdə hadisəni həll etmək;
  • Layihə qrupunun üzvü kimi bir və ya daha çox layihələrdə iştirak etmək.

Bilik və bacarıqlar:

  • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi daxil olmaqla minimum 5 il ümumi iş təcrübəsi;
  • Ali təhsil (kompüter elmləri, kompüter mühəndisliyi və riyaziyyat ixtisasları üzrə olması arzu olunandır);
  • OLAP və OLTP sistemlərinin prinsiplərini anlamaq;
  • Power BI platformasında əla səviyyədə, eyni zamanda Tableau və digər data vizualizasiya proqramları ilə yaxşı səviyyədə işləmə bacarığı;
  • Verilənlər Bazası (DB) ilə işləmə bacarığı;
  • SQL-də analitik funksiyalarla işləmə bacarığı;
  • SAP BW/BO/BI platformalarında təcrübəsinin olması üstünlükdür.
  • Data analitika, Biznesin Təhlili sahəsində iş təcrübəsinin olması üstünlükdür.
  • Böyük həcmdə məlumatların emal olunması təcrübəsi və Python (və ya oxşar dillər) və əlaqəli analitika kitabxanaları üzrə praktiki biliklər;
  • Rus və İngilis dili biliyi (texniki səviyyədə mütləqdir);
  • Təşkilatın bütün səviyyələrində aidiyyatı tərəflərlə səmərəli işləmək üçün mükəmməl ünsiyyət və əməkdaşlıq bacarıqları;
  • Yüksəl templi mühitdə çoxlu tapşırıqları idarə etmək və işi prioritetləşdirmək bacarığı;
  • Detallara güclü diqqət və məlumatların keyfiyyəti ilə bağlı problemləri müəyyən etmək bacarığı;
  • Statistik təhlil üsulları və onların biznes kontekstində tətbiqləri haqqında biliklər;
  • Komandada işləmək bacarığı;

Biz nə təklif edirik:

  • 5/2, 09.00-18.00;
  • Nahar xərcinin ödənişi;
  • İllik performans və layihə bonusları;
  • Korporativ sağlamlıq proqramı: VIP könüllü sığorta və idman zallarına xüsusi endirim;
  • “Learning Hub” təlim platformalarına giriş.

Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılacaqdır.