İnsan Resursları üzrə mütəxəssis

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 24.09.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla, “Atəşgah”  Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hazırda şirkətdə 400-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

İnsan Resursları üzrə mütəxəssis

Işin məqsədi
Şirkətin kadr kargüzarlğı sahəsində ehtiyaclarının ödənilməsi, korporativ mədəniyyətin dəstəklənməsi
Əsas vəzifə öhdəlikləri
1. İşə qəbul, yerdəyişmə və işdən azad olunma üzrə rəsmiləşdirmə işinin aparılması (əmək müqaviləsi, əmr, son haqq-hesab və s)
2. Məzuniyyət və ezamiyyətlərin rəsmiləşdirilməsi
3. Əmək haqqı üzrə hesablamaların aparılması
4. Şirkətin Mükafatlandırma və Motivasiya sisteminə uyğun olaraq tədbirlərin yerinə yetirilməsi
5. İşçi heyəti üzrə müxtəlif analitik və statistik hesabatların hazırlanması
6. Şirkətin Korporativ Kodeksinin yerinə yetirilməsi və nəzarət (davamiyyət, dress-kod və s.)

Seçim meyarları
• Ali təhsil
• İş təcrübəsi – min. 1 il
• Əmək qanunvericiliyi sahəsində bilik və təcrübə
• Dil biliyi (yazılı və şifahi): Azərbaycan –səlis, Rus – səlis, İnglis (arzu olunan)
• 1C-də iş təcrübəsi olanlara üstünlük veirləcək

Şəxsi keyfiyyətlər
• Yüksək analitik qabiliyyət
• Yüksək ünsiyyət qabiliyyəti
• Dəqiqlik
• Riyazi və/ya maliyyə bilik və bacarıqları
• İcraçılıq və operativlik
• Komandada işləmə bacarığı

İş şərtləri
İş vaxtı: 5/7, saat 9.00-18.00

Xahiş olunur, CV-ləri subject qrafasında HR yazıb [email protected] e-mailinə göndərəsiniz.