İnsan Resursları üzrə Aparıcı Mütəxəssis

  • Star Express
  • Elanın qoyulma tarixi: 24.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • İnsan resursları sahəsində rəsmiləşdirmələrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun aparılması;
  • İşçinin işə qəbulu, işdən çıxarılması, vəzifə, əmək haqqı dəyişikliyi, işə davamiyyəti, bütün növ məzuniyyətlərdən(əmək, özhesabına, social,təhsil) istifadəsi və ezamiyyətə getməsi, işçiyə münasibətdə intizam tənbehlərinin tətbiqi və digər oxşar əməliyyatların qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi;
  • ƏMAS hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsi;
  • İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
  • Əmək kitabçalarına qeydiyyatların aparılması;
  • Analıq məzuniyyəti və sosial ödənişlər üçün lazımi sənədləri hazırlamaq;
  • İcbari Tibbi Sığorta ilə bağlı lazımi məlumatları İSB portalına daxil edir;
  • İş vaxtının rejiminə riayət etmək üçün işçilərin gündəlik davamiyyətini (finger print) izləmək və ayın 1-2-sində tam məlumatı təqdim etmək;

Namizədə tələblər:

  • Ali təhsil;
  • Kadr kargüzarlığı üzrə minimum 3 il iş təcrübəsi;
  • Yaş: 22-35 yaş arası;
  • MS Office, ƏMAS istifadə bacarığı;
  • Sahə üzrə sertifikatlar üstünlükdür.
  • AR Əmək qanunvericiliyinin əsaslarını əla səviyyədə bilməli;
  • Sənədlərlə işləmək bacarığı;
  • Azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə,
  • Kollektivdə işləmək bacarığı;
  • Problemi həll etmək və təşkilatçılıq bacarığı;
  • Təmkinlilik, etibarlılıq, özünəinam;
  • Operativlik və çalışqanlıq;
  • Zamanın idarəolunması;
  • Detallara diqqət;

İş yeri: Bakı şəhəri, Nərimanov rayonu.

İş qrafiki: 5 günlük iş həftəsi (iş saatları 09:30 - 18:00)

Əmək haqqı: 900-1000 AZN

Nahar:  Şirkət tərəfindən ödəniş olunur.

Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla elektron ünvanına göndərmələri xahiş olunur.