Satınalma mütəxəssisi

  • AZCD Group QSC
  • Elanın qoyulma tarixi: 15.08.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tədarükçülərin seçimi və müntəzəm olaraq həyata keçirilməsi mümkün olan, tələb olunan qiyməti təmin etməklə alış tələblərini nəzərdən keçirmək və şöbə rəhbərlərini alınacaq mallar barəsində məlumatlandırmaq;
  • Satın alınmış xammal, mal və materialların məlumat bazasını hazırlamaq və yeniləmək, şirkətin xarici və yerli təchizat xərclərinə nəzarət etmək və aidiyyati şəxslərə hesabat vermək;
  • Xarici və yerli təchizatçıları araşdırmaq, seçim etmək və təchizatçı bazasını daima yeniləmək;
  • Satınalma bazarının araşdırılması, xərclərin və satınalma şərtlərinin yaxşılaşdırılması üçün yeni təchizatçıların cəlb edilməsi;
  • Xarici və yerli təchizatçılar ilə endirimlər və sərfəli kredit şərtləri də daxil olmaqla bütün şərtlər barədə danışıqların aparılması;
  • Şirkətin bütün təsdiqlənmiş tələbnamələrini əlaqələndirmək;
  • Üçüncü şəxslər ilə imzalanan müqavilələrin detallarını və xərclərini uzlaşdırmaq;
  • Şirkətin inzibati və qeydiyyat işlərinin tələblərinə riayət etmək;
  • Satınalmaların aidiyyatı şəxslərə çatdırılması barədə hesabat vermək;
  • Tələb olunduqda daşınma və gömrük işlərini həll etmək;
  • Vəzifə təlimatı üzrə lazım olduğu təqdirdə ezamiyyətlərə gedə bilmək.

Tələblər:

  • Təhsil: Ali təhsil 
  • Təcrübə: Müvafiq vəzifə üzrə 3-5 il iş stajı (tikinti sahəsi üzrə iş təcrübəsi olmalıdır).
  • Dil biliyi: İngilis dili yaxşı səviyyədə, rus dili arzuolunandır. 
  • Yüksək kommunikasiya və biznes ünsiyyət bacarığı olmalı;