Müştəri xidmətləri üzrə rəhbər

  • Sağlam Ailə
  • Elanın qoyulma tarixi: 26.07.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə olan tələblər:

  • Ali təhsil (tibbi üzrə üstünlükdür);
  • Azərbaycan, rus dili biliyi - əla, ingilis dili biliyi arzuolunandır;
  • Müvafiq vəzifədə minimum 3 illik iş təcrübəsi (tibbi sahədə üstünlükdür);
  • Məsuliyyətlilik, nəticəyönümlülük və punktuallıq;
  • Yüksək təşkilatçılıq və liderlik bacarıqları.

Vakant vəzifə haqqında:

  • Müştəri xidmətləri komandasının ümumi fəaliyyətinin idarə edilməsi və nəzarət edilməsi;
  • Klinikaya müraciət edən pasiyentlərin qəbulunu və qeydiyyatını təşkil etmək, daha sonra pasiyentin klinikada aldığı bütün xidmətlərdən məmnunluğun təmin etmək üçün tədbirlər görmək;
  • Yaranmış problemləri, xüsusilə də müştəri şikayətlərini yerindəcə araşdırmaq, təhlil etmək, öz vəzifə səlahiyətləri, hüquqları çərçivəsində olan həlli yollarını müəyyənləşdirək, tətbiq etmək;
  • Klinikada müştəriyə birbaşa xidmət göstərən əməkdaşlara mütəmadi olaraq təlimlərin keçirilməsini, müştəri ilə davranış qaydaları, müştəri məmnuniyyəti istiqamətində maarifləndirmə işləri aparmaq.

Qeyd:

  • İş qrafiki: 6 gün (həftəlik 40 saat), VI gün qısaldılmış iş günü;
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır;
  • Özü və ailə üzvlərinə tibbi xidmətlərdən istifadəyə güzəştlər.

Müraciət etmək üçün CV-nizi elektron ünvanına “Müştəri xidmətləri üzrə rəhbər“ başlığı ilə göndərməyiniz zəruridir. Müsahibəyə tələblərə uyğun hesab olunan namizədlər dəvət olunacaq.

İşəgötürənin reytinqi